"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Hökumət bank borclularını “bir damın” altına yığır

26 Oktyabr 2016 - 10:22
in XƏBƏR LENTİ
FacebookVatsap
Hökumət bank borclularını “bir damın” altına yığır

Dollar kreditləri 1.05-lə qaytarıla bilər-fərqi dövlət ödəmək şərti ilə…

Bunu da oxuyun

GAİM-də yeni tədris mərhələsinə start verilib

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bank sektorunun problemli aktivlərini “bir dam altında” birləşdirməyi planlaşdırır. Bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. R.Aslanlı qeyd edib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir: “Müvafiq hesabat artıq Prezident Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası artıq bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq”.
 
Qeyd edək ki, istiqlal.az saytı da Azərbaycanda böyük kredit amnistiyası gözlənilməsi ilə bağlı xəbər yayıb. Bank sektorundakı mənbəyə istinadən yayılan xəbərə görə, 10 min dollara qədər kredit borcu olanların borcları indiki məzənnə ilə deyil, köhnə məzənnə ilə (1 dollar 1.05 manat) ilə hesablanacaq. Bu, 20 dekabr 2015-ci il tarixə qədər kredit götürənlərə şamil ediləcək.
Məlumata görə, layihə Maliyyə Bazarlarına Nəzarət Palatası və prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun rəhbərlik etdiyi İşçi Qrupla birgə hazırlanıb. Layihədə dollar kreditlərinə güzəşt müqabilində banklara dövlət təzminatının mexanizmi də əksini tapıb. Bank sektorundakı mənbənin verdiyi məlumata görə, 10 minədək olan dollar kreditlərini borc alan 1.05 manat kursla ödəyəcək, borcun aradakı məzənnə fərqini isə Mərkəzi Bankın simasında dövlət qarşılayacaq.
360 min ölkə vətəndaşını əhatə edən bu proqram aztəminatlı əhalinin devalvasiyanın vurduğu ziyandan çıxarılması istiqamətində çox vacib addımdır.
 
Qeyd edək ki, bank sektorunda problemli kreditlərin ümumi məbləği 1.5 milyard manatı aşır. Bunun təxminən 30 faizi vətəndaşların payına düşür. R.Aslanlının sözlərindən belə aydın olur ki, layihə artıq tamamlanıb, son dəqiqləşmə işləri aparılır. Güman edilir ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı olacaq.
 
“Yeni Müsavat”a açıqlamasında bu məsələyə toxunan Milli Məclisin  İqtisadi siyasət, sənaye  və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, bu məsələnin yaxın zamanlarda həll olunması gündəmdədir: “Bu yaxınlarda İqtisadi siyasət komitəsinin iclası olanda biz bu məsələyə toxunduq. Onda palata sədri dedi ki, biz bu məsələ üzərinə işləyirik. Biz əvvəldən də demişdik ki, mənim və Əli Məsimlinin 14 səhifəlik təklifləri var. Orada kredit borcları ilə bağlı məsələyə uyğun da sxem vermişdik. Həmin sxemə uyğun olaraq bu məsələyə baxılacaq.
Image result for Vahid Əhmədov
Həmin təklifləri Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlıya, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirova və Milli Məclisin sədri Oqtay Əsədova göndərmişdik. Həmin təkliflərə baxılır və yəqin ki, dövlət başçısı bununla bağlı qərar verəcək. Bank sisteminin sağlamlaşdırılması Azərbaycanda ən önəmli məsələlərdən biridir. İnsanlarla bank arasında etimad yaratmaq üçün ən əsas addımdır. Yəqin ki, bununla əlaqədar məlumatlar yaxın vaxtlarda yayılacaq. Burada söhbət bütün kredit növlərindən getmir, ola bilər 5 min manata qədər, ola bilər 10 min manata qədər kreditlər 1.05-lə ödənilsin. Hazırda bizim təkliflərimiz üzərində iş gedir, onlardan hansının qəbul ediləcəyini indi deyə bilmərik”.
Image result for Rəşad Həsənov
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov bu qərarın verilməsinin vacib olduğunu bildirsə də, hökumətdən belə bir addımı gözləmədiyini vurğuladı: “Xatırlayırsınızsa, bu problemlərin yarandığı ilk gündən etibarən biz bildiririk ki, bu yük hansısa formada vətəndaşın üzərindən götürülməlidir. Faktiki olaraq vətəndaşın heç bir günahı olmadan, sadəcə, dövlət qurumlarının, Mərkəzi Bankın, hökumətin qəbul etdiyi qərarlar nəticəsində borc yükü artıb. Azərbaycan qanunvericiliyinə görə, hər hansı dövlət qurumu yerli idarəetmə orqanının qəbul etdiyi qərarlar səbəbindən vətəndaş borc öhdəliyini yerinə yetirə bilməzsə, dəymiş zərər dövlət vəsaiti hesabına ödənməlidir. Bu, qanunvericiliyin tələbidir. Bu günə qədər də bu istiqamətdə hər hansı addımın atılmaması anlaşılan deyil. Maliyyə intizamsızlığı səbəbindən bir sıra dövlət qurumları müxtəlif bəhanələr gətirərək bu addımı atmaqdan yayınıblar. Əslində rəsmi qurumların bu günə qədər ortaya qoyulan mövqe, səsləndirdiyi fikirlər belə bir qərarın baş verəcəyindən xəbər vermir. Mən hökumətin belə bir addım atacağını düşünmürəm. Bu günə qədər dövlət qurumları, əsasən də Maliyyə Nazirliyi borclarla bağlı hər hansı kompensasiyanın verilə biləcəyini birbaşa inkar ediblər. Hər zaman ən sərt formada buna getməyəcəklərini bildiriblər. O baxımdan, hesab etmirəm ki, belə bir qərar veriləcək”.
Ekspert dollarla olan kredit borclarının yükünün bir hissəsinin vətəndaşın çiyinlərindən götürülməsinin vacibliyini diqqətə çatdırdı: “Bankların da bu qərarın verilməsinə ehtiyacı var. Çünki bankların maliyyə problemi günü-gündən artır. Bankların problemi rəqəmlərdə əks olunandan dəfələrlə artıqdır. Bu isə növbəti dövrlərdə bankların bağlanmasına gətirib çıxaracaq. Görünən odur ki, növbəti aylarda da, hətta 2017-ci ildə də bankların bağlanması prosesi davam edəcək. Onsuz da həmin vəsait dövlətdən çıxır. Son olaraq Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna nə qədər vəsait ayırdı. Bankların bağlanması prosesinin özü də xərcdir. Vəsaitləri bu formada xərcləməkdənsə, yaxşı olar ki, daha çox insana yardım edilsin”.
Previous Post

Hökumət bank borclularını “bir damın” altına yığır

Next Post

Türkiyədə 59 rəis işdən çıxarıldı – `Təmizləmə` aparılır

Bənzər yazılar

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32

Türkmənistan bu gün və sabah üç mötəbər beynəlxalq tədbirə – "Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət şurasının iclası",...

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq...

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib. Bu barədə Elchi.az-a ADY-dən məlumat verilib....

Next Post

Türkiyədə 59 rəis işdən çıxarıldı - `Təmizləmə` aparılır

Türkiyədə 59 rəis işdən çıxarıldı - `Təmizləmə` aparılır

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.