İcbari Sığorta Bürosunun sistemi işlək vəziyyətdədir və gündəlik iş rejimində fəaliyyət davam etdirilməkdədir.
Elchi.az xəbər verir ki, bu barədə büronun haker hücumlarına dair yaydığı məlumatda deyilir.
Rəsmi məlumata görə, sistemin təkmilləşdirilməsi ilə əlaqədar mütəmadi tədbirlər həyata keçirilməkdədir: “Bəzi xəbər qaynaqlarında çıxan məlumatlarla əlaqədar olaraq araşdırmalar davam etdirilir. Nəticə barədə ictimayətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, bir müddət əvvəl İcbari Sığorta Bürosunun kompüter sistemində olan Azərbaycan avtomobillərinin və onların sahiblərinin, eləcə də hökumətə məxsus avtomobillərin bütün məlumatlarının sındırılması ilə bağlı xəbərlər yayılmışdı.