Elchi.az xəbər verir ki, Hindistanın Uttarakhand əyalətində magistral tunelin tikintisi zamanı çökmə nəticəsində 40 işçi tuneldə qalıb.
Hindistanın Uttarakhand əyalətindəki Uttarkaşi bölgəsi ilə şimaldakı Yamunotri dağlıq bölgəsini birləşdirən 4,5 kilometr uzunluğunda avtomobil yolu tuneli bu gün tikinti işləri zamanı çöküb. Növbə dəyişməsi zamanı baş verən hadisədə tikintidə çalışan 40 işçi tuneldə qalıb. “Tunelin təxminən 200 metri çökdü”, – deyə Fövqəladə Hallar üzrə Dövlət Müvəkkili Durqeş Rathodi bildirib.
İçəridə 40 işçinin qapalı qaldığını bildirən Rathodi, “İçəridə qalanlara hazırda oksigen verilir, lakin xilasetmə qrupları dağıntıları çıxarmağa çalışarkən, daha çox dağıntı düşür” dedi.
Uttarakhand əyalətinin baş naziri Pushkar Singh Dhami, “Tuneldə sıxışan işçilərin təhlükəsiz şəkildə çıxarılması üçün Allaha dua edin” dedi.
Şayəstə Hüseynova