Hindistanın Manipur ştatında torpaq sürüşmələri zamanı ölənlərin sayı 42-yə çatıb.
Elchi.az TASS-a istinadən xəbər verir ki, həlak olanlar arasında 27 hərbçi var.
Torpaq sürüşməsi zamanı tikilməkdə olan dəmir yolu stansiyasının və yaxınlıqda Hindistan ordusunun 107-ci bölüyünün yerləşdiyi əraziyə ciddi zərər dəyib.