Hindistan Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə Madhya Pradeş ştatında təlim uçuşları zamanı qəzaya uğrayıb.
Elchi.az xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus iki təyyarə Madhya Pradeş ştatında qəzaya uğrayıb. Şənbə günü, yanvarın 28-də bu barədə NDTV kanalı xəbər verir.
Telekanalın məlumatına görə, Su-30 və Mirage 2000 qırıcıları qəzaya uğrayıb.Hərbi təyyarələrin təlim uçuşları zamanı qəzaya uğradığı dəqiqləşdirilir. Həmçinin hər iki təyyarənin Hindistan Hərbi Hava Qüvvələrinin Qvaliordakı bazasından havaya qalxdığı bildirilir. Hazırda ekipajların taleyi barədə məlumat verilmir.
Şayəstə