Hindistanın Andhra-Pradeş ştatının Vişakhapatnam şəhərində yerləşən poladtökmə zavodunda baş verən yanğın zamanı azı səkkiz işçi ölüb.
E xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.
Bildirilib ki, içərisində isti əridilmiş metal olan çalov konvertor sexində yerə düşüb, bundan sonra güclü yanğın başlayıb.
Hadisə zamanı məkanda 20-yə yaxın işçi olub. Onlardan bir neçəsinin bədəninin 70 %-dən çox hissəsində yanıq əmələ gəlib və xəstəxanaya yerləşdirilib.
Hindistanın Baş naziri Narendra Modi “X” sosial şəbəkəsində ölənlərin ailələrinə başsağlığı verib.




















