Elchi.az ANI News-a istinadən xəbər verir ki,artan pələng hücumlarından sonra Hindistanın şimalındakı bəzi kəndlərdə axşam saatlarında komendant saatı elan edilib.
Uttarakhand əyalətinin Rixanikhal və Dhumakot inzibati rayonlarının bir çox kəndlərində axşam saat 7-dən səhər saat 6-a qədər komendant saatı tətbiq ediləcəyi açıqlanıb.
Aprelin 13 və 15-də pələng hücumu nəticəsində 2 nəfərin ölümündən sonra komendant saatı ilə yanaşı, eyni bölgələrdəki məktəb və uşaq bağçaları aprelin 18-dək bağlı qalacaq.
Səlahiyyətlilərin pələnglərin sıx ola biləcəyi ərazilərdə müşahidə aparacağı və pələng hücumundan zərər çəkmiş ailələr və ərazidə təhlükə altında olan evlərlə bağlı səlahiyyətlilərə təlimat verildiyi açıqlanıb.
Nuranə Məmmədova





















Son şərhlər