Neftin qiyməti 60 dollar/bareldən yuxarı qalxarsa, Hindistan Rusiyaya qarşı məhdudiyyətlərə qoşulacaq
Elchi.az xəbər verir ki, gələcəkdə resursun dəyəri 60 dollar/bareldən çox olarsa, Hindistan Rusiya neftinin qiymət tavanına qoşula bilər. Bu barədə Teleqraf Hindistan Neft və Sənaye Nazirliyinin nümayəndəsinə istinadən xəbər verir.
“Hindistan Avropa İttifaqının Rusiya neftinə qarşı mümkün əlavə sanksiyalarını diqqətlə izləyir, çünki 60 dollar/barel qiymət həddi Hindistana ixraca çox az təsir göstərib”, – bəyanatda deyilir.
Nəşrin məlumatına görə, məhdudiyyət Rusiya neftinin idxalına təsir etməyib, çünki hazırkı qiymət bir barel üçün 53-56 dollar təşkil edir. Bununla belə, “hökumət opsionları ölçür” və qiymət bir barel üçün 60 dolları keçərsə, o zaman Hindistandan alışlar məhdudlaşdırılacaq. Yaxud Aİ Rusiya neftini alan ölkələrə qarşı ümumi ikinci dərəcəli sanksiyalar tətbiq etmək qərarına gəlsə, Hindistan da Rusiyaya qarşı məhdudiyyətlərə qoşulmağa məcbur olacaq.
Şayəstə