ABŞ-ın ritorikası və Hindistana qarşı ikinci dərəcəli tariflərin tətbiqi fonunda ölkənin maliyyə naziri Nirmala Sitharaman bildirib ki, Yeni Dehli Moskvadan neft almağa davam edəcək.
Elchi.az xəbər verir ki, bu barədə “The Indian Express” qəzeti yazır.
Maliyyə naziri qeyd edib ki, Hindistanın neft alışı iqtisadi və kommersiya mülahizələrindən irəli gəlir. O, həmçinin bildirib ki, Tramp administrasiyası tərəfindən Hindistan mallarına tətbiq edilən 50 faizlik tariflərin təsiri bu yaxınlarda elan edilmiş vergi islahatları ilə kompensasiya ediləcək.
“Haradan alacağımıza özümüz qərar veririk. Biz yenə də Rusiyadan neft alacağıq”, – deyə o, qeyd edib.
Yeganə




















Son şərhlər