Martın əvvəlinə Hindistanın yerli kömür istehsalı rekord həddə çataraq 900 milyon tona çatıb.
Elchi.az xəbər verir ki, bu barədə “TASS” Asiya ölkəsinin Kömür Sənayesi Nazirliyinə istinadən məlumat yayıb.
Yerli istehsalı artırmaqla yerli hakimiyyət orqanları bu növ yanacağın idxalından asılılığı azaltmağı planlaşdırır. Hazırda yerli müəssisələrin kömür ehtiyatları təqribən 85 milyon ton qiymətləndirilir ki, bu da bütün ölkə üzrə fasiləsiz enerji təchizatını təmin etməyə imkan verir, Hindistan departamenti yekunlaşdırıb.
Nuranə Məmmədova