Hindistan Günəşi öyrənmək məqsədi daşıyan Aditya-L1 peykini uğurla kosmosa çıxarıb.
Elchi.az xəbər verir ki, Hindistan Kosmik Tədqiqatlar Mərkəzi (ISRO) Günəşlə Yer arasındakı L-1 Laqranj nöqtəsinə yerləşdirilməsi planlaşdırılan peykin Günəşin ən xarici təbəqəsini və günəş küləklərini müşahidə etmək üçün uğurla göndərildiyini bildirib.
Aditya peyki yerli vaxtla saat 11:50-də Andhra Pradeş əyalətindəki Şriharikota kosmodromundan orbitə buraxılıb.
Layihə ISRO-nun qərargahı Banqalurda yerləşən ilk Günəşi müşahidə missiyası olacaq.
Layihəyə ayrılan büdcə 46 milyon dollar olaraq ifadə edilsə də, ISRO dəyəri ilə bağlı açıqlama verməyib.
Şayəstə Hüseynova