Melitopol aerodromunun növbəti dəfə atəşə tutulmasından sonra rus hərbçiləri hərbi bazalarını rotasiya etməyə başlayıblar.
Bu barədə “RİA Melitopol” nəşri məlumat yayıb.
“Mirnı kəndində uşaq evinin binasında özlərinə xəstəxana təşkil edən ruslar artıq binanı tərk ediblər. Rusiya hərbçiləri Novofilippovka qarşısındakı meşəlik ərazilərə köçürülüb. İşğalçılarla əməkdaşlıq edənlər səhərdən axşama kimi onların ətrafında fırlanır. Təbliğat qəzetləri çap olunur, sonra hamıya paylanır”, – məlumatda deyilib.
Qeyd edək ki, bir neçə gün öncə Melitopoldakı hərbi aerodrom HİMARS sistemləri vasitəsilə vurulmuşdu. Aerodrom Rusiya ordusunun komanda məntəqəsi və təyyarə və helikopterlərinin bazası kimi istifadə olunurdu.
Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub
Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...




















Son şərhlər