"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Hikmət Əsədov: “Laçının işğal olunma səbəblərindən biri o dövrün məşhur simalarından ibarət bir qrup “siyasətçi”nin Laçına təbliğat üçün göndərilməsi oldu”

09 Noyabr 2025 - 13:08
in CƏMİYYƏT
FacebookVatsap

Son 200 illik tarixdə Müzəffər Ordumuzun qazandığı qələbə Azərbaycan tarixinin şanlı zəfər səhifələridir. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad elədi. Bu şanlı qələbə sevincini hər zaman xalqımız qürur hissi ilə qeyd edəcəkdir. Xalqımız Ali Baş Komandanın ətrafında birləşərək, ordumuzun şücaəti sayəsində müzəffər qələbəyə nail oldu. Bununla da Azərbaycan özünün suveren Konstitusiyasının hüquqi bazası çərçivəsində ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyevin “Qarabağa Böyük Qayıdış” proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışı mərhələli şəkildə həyata keçirilir. Bu da Azərbaycan dövlətinin xaricdən heç bir maliyyə yardımı almadan öz resursları hesabına gerçəkləşdirdiyi ən böyük quruculuq konsepsiyasıdır. İndi Qarabağın hər bir bölgəsində böyük inkişaf gedir. Aparılan tikinti və bərpa layihəsi regionun və bəlkə də dünyanın ən böyük tikinti, abadlıq və quruculuq işlərindən biri kimi qiymətləndirilir. Şuşanın Mədəniyyət Mərkəzi, Xankəndinin Beynəlxalq Mərkəz statusuna malik olması isə Azərbaycan dövlətinin gücünün, xarici siyasətinin təntənəsidir…

Bunu da oxuyun

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Birinci Qarabağ savaşında düşmənin kabusuna çevrilən qəhrəmanların şücaətindən yazmaq biz yazarların vəfa borcudur. Bu baxımdan haqqında söhbət açacağım qəhrəman da elə savaşda misilsiz qəhrəmanlığa imza atmış döyüşçülərdən biridir.

Qəhrəmanımızın çiynində vətən və dövlət yükü var. Kəlməsinin əvvəli də, sonu  da vətəndir. Bu qəhrəman Hikmət Çingiz oğlu Əsədovdur. Onu yaxından tanıyaq:

Əvvəlcə onu qeyd edək ki, Hikmət Əsədovun atası Çingiz Əsədov Laçının ən sayılıb-seçilən kişilərindən biri olub. 1973-cü ildən 1989-cu ilədək Laçın İşıq İdarəsinin rəisi işləyib. 1989-1992-ci illərdə isə Laçın “Kənd enerji” idarəsinə rəhbərlik edib, yəni Laçın işğal olunana qədər rəhbər vəzifədə çalışıb. Çox vətənpərvər insan olub. Laçın rayon əhalisinin demək olar ki, əksəriyyəti onu xeyirxah ziyalı kimi xatırlayır.  Elə qəhrəmanımız Hikmət Əsədov belə məhz vətənpərvər və ziyalı ailəsində 1973-cü ildə Laçın şəhərində anadan olmuş, şəhər 1 saylı orta məktəbi bitirmişdir. Həqiqi hərbi xidmətə Laçın Rayon Hərbi Komissarlığı tərəfindən çağırılmış, doğma rayonda yerləşən 811 saylı hərbi hissədə xidmətə başlamışdır…

Hikmət Əsədov 18 yaşına çatmasa belə, döyüş postlarında əsgərlərlə bir yerdə idi.  

“Orta məktəbin son günləri idi. 18 yaşım hələ tamam olmamışdı. Döyüş postlarının işıqlandırılmasında köməkdarlıq edirdim. “Qayğı” qəsəbəsi ilə yanaşı, düşmənlə sərhəddə yerləşən bir çox postlara işıq çəkilişində yaxından kömək etmişəm”-deyə söhbətə başlayır.

Maraqlı və həyəcanlı söhbət insanı bir anlıq həmin günlərə aparır. O həmin anları belə xatırlayır:

“1991-ci ildə orta məktəbi bitirib, ali məktəbə qəbul oldum. Müharibə şəraitində olduğumuz üçün təhsilimi qiyabi təhsilə çevirməklə, həqiqi hərbi xidmətə başlamağa qərar verdim. Hərbi xidmətə Laçın rayonunda yerləşən 811 nömrəli hərbi hissədə başladım. Hərbi hissənin komandiri Arif Paşayev idi. Artıq 1992-ci ilin əvvəllərindən başlayaraq vəziyyət getdikcə ağırlaşmağa başlayırdı. 8 may 1992-ci ildə Şuşanın işğalından sonra isə Laçının müdafiəsi daha da çətinləşmişdi. Buna baxmayaraq, hamı bir nəfər kimi istər hərbçi, istərsə də mülki əhali silaha sarılaraq Laçının müdafiəsini möhkəmlətməyə çalışırdılar. Ancaq silah-sursat çatışmazlığı və o dövrdə Laçının müdafiəsinə cəlb olunmuş digər hərbi hissələrdə olan nizamsızlıq Laçının müdafiəsinin mükəmməl qurulmasını çətinləşdirirdi.

Elə bu yerdə çox vacib məqamı nəzərinizə çatdırım ki, Laçının işğal olunma səbəblərindən biri o dövrün məşhur simalarından ibarət bir qrup “siyasətçi”nin Laçına təbliğat üçün göndərilməsi oldu. Yaxşı xatırlayıram, Laçının dəvətsiz qonaqları İşıq İdarəsinin yanında yeni tikilmiş binanın qarşısında camaatı toplayaraq bildirdilər ki, bizim bu səfərimiz dövlət tərəfindən planlaşdırılmış səfərdir və məqsədimiz qarşıdakı günlərdə düşmənlərə qarşı planlaşdırılmış hərbi əməliyyat haqqında sizi məlumatlandırmaqdır. Çıxış edənlər camaatı inandırdılar ki, şəhərin boşaldılması ən doğru variantdır. Hətta, bir az da irəli gedərək belə izah etdilər ki, Laçın boşaldıqdan sonra düşmənlər Laçına məqsədli şəkildə buraxılacaq, sonra isə Gəncədən qırıcılar qalxaraq Laçın ərazisində düşməni məhv edəcək. Bildirdilər ki, artıq yük maşınları ayrılıb və onlar Bakıdan yola çıxıblar. Xocalı faciəsindən gözü qorxan əhali artıq bu məlumatlardan sonra yavaş-yavaş şəhəri tərk etməyə başladı. Əsasən qadınlar, yaşlılar və uşaqlar şəhərdən çıxarılırdı. Əli silah tutan kişilər isə şəhərin müdafiəsini davam etdirməkdə qərarlı idilər.

Bir ağrılı məqam da var ki, Laçının müdafiəsinə könüllü gələn qruplar öz komandirləri tərəfindən geri çağırılırdılar. Onların şəhəri tərk etmələri isə laçınlıların Laçını tərk etmələri kimi təqdim olunurdu.

Bütün bu təxribatların nəticəsində 1992-ci ilin may ayında Laçın şəhəri planlı şəkildə köməksiz buraxılaraq işğala məruz qaldı.

Artıq 811 nömrəli Laçın polku ləğv edilmişdi. Buna baxmayaraq, laçınlılar Qubadlıda toplanaraq Laçın istiqamətində hücum planlaşdırırdılar. Bir neçə hücum cəhdi olmasına baxmayaraq, Laçınımızı düşmən qüvvələrindən azad edə bilmədik.  O döyüşlərdən 32 il keçib. Bu baxımdan döyüş yoldaşlarımızdan çoxunun soyadını xatırlaya bilmirəm. Laçının müdafiəsi və azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş döyüşçülərdən: 

  1. Rauf Məmmədov (komandir)
  2. Rafiq Nağıyev (qərargah rəisi)
  3. Tahir Süleymanov (tankist)
  4. Əhliyyət Süleymanov (komandir rota)
  5. Xəyyam Nəsirov
  6. Ülfət İbrahimov
  7. Cümşüd (Cümü)
  8. Babək Məmmədov
  9. Daşqın Paşayev
  10.  Azər Paşayev
  11.  Əbülfət Kərimov
  12.  İsabala
  13.  Mübariz (şəhid) kimi döyüşçüləri qeyd etməmək haqsızlıq olardı.

Ümumiyyətlə, çoxlarını saya bilərəm. Onlarla ən çətin və ağır anlarda çiyin-çiyinə olmuşam. Bu bir savaş tarixidir, heç vaxt unuda bilmərəm…

Bir müddət sonra Bakıya iş dalınca qayıtmışdım. “20 yanvar” ərasizində düşdüm “ablavaya”.

Xatırlayırsınızsa, o vaxtlar bir qrup hərbçi düşürdü şəhərin canına, kimi tuturdularsa, göndərirdilər cəbhəyə. Belə hadisələrdən də biri elə həmin gün mənim başıma gəlmişdi. Bizi doldurdular o vaxtkı köhnə bir avtobusa, elə bu an qulağıma səs gəldi, dedilər ki, Qarabağa gedirsiniz. Düzü, mənə az fərq edirdi, özüm də hərbi formadaydım, fikirləşdim ki, əlimə yaxşı fürsət düşüb, gedəcəm Qarabağa. Nə isə, sən demə, bizi aparacaqlar Qaradağa. Belə də oldu”.

“Qəmlo” ləqəbli zabit

 

“Qəmlo” ləqəbli zabit barədə olan söhbət maraqlı idi: 

“Bizim aramızda mənimlə birlikdə 10 nəfər hərbçi də var idi. Bir az keçmiş “Qəmlo” ləqəbli bir zabit gəldi. Sonradan məlum oldu ki, onun əsl adı Mürvət Əliyevdir. Mürvət Əliyev bizim hər birimizi sorğu-sual elədi. Bizi buradan çıxarıb gətirdi 472 saylı hərbi hissəyə. Baxdım ki, burada yüksək texnikalı döyüşə hazırlıq təlimləri keçirilir. Komandir Mürvət Əliyev bizi qeydiyyata götürtdürdü. Əsas komandir polkovnik-leytenant Habil Hüseynov idi. Bu minvalla xüsusi tapşırıqları  yerinə yetirmək üçün əsas təlimlərə başladıq”- deyə həyəcanla danışan Hikmət Əsədovun rəngi tez-tez dəyişirddi. Yendən özünü toparlayıb sözünə davam edir.

“Təlimlər bir neçə gün çəkdi. Hazırlıq bitdikdən sonra Ağdama yola düşdük. 1993-cü ilin may ayında biz artıq hərbi hissənin düşərgəsinə yerləşmişdik. Bir neçə gündən sonra Mürvət Əliyev bildirdi ki, ermənilərin böyük sayda hücumu gözlənilir. Amma bu baş vermədi. Rəhbərlik qərara aldı ki, əks hücuma keçək. Saatlıdan çox qorxmaz və cəsarətli Elşən Qəmbərov adında döyüşçü bizimlə vuruşurdu. Günlərin birində bizə xəbər verdilər ki, gecə vaxtı Elşən Mürvət Əliyevlə hücum gözlənilən erməni postuna gedərək, postu ələ keçirib, bir nəfər ermənini isə əsir olaraq gətiriblər”.

Sözünü yekunlaşdırıb keçir başqa bir epizoddan danışmağa: “Çox təəssüf ki, bir müddətdən sonra Ağdam da işğal olundu. Qızğın döyüşlər gedirdi. Çox sayda şəhid vermişdik. Ancaq buna baxmayaraq, erməni dəstələrinin qarşısını da ala bilirdik…

Bizi Gəncəyə, Şerbakın hərbi hissəsinə göndərdilər. Hərbi hissə kəşfiyyat yönümündə olduğuna görə xüsusi tapşırıqlar verilirdi.

Ağdərə, Çıldıran, Sərsəng, Dırınbon istiqamətində gedən döyüşlərdə əldə olunan qələbədə bizim xidmət etdiyimiz 472 saylı hərbi hissənin kifayət qədər rolu olmuşdur…”

 

Təcili Bakıya gəldik

 

Bakıya təcili çağırış barədə danışarkən isə Hikmət Əsədov bunları söylədi:”Bizim tabor xüsusi tapşırıqları yerinə yetirdiyi üçün rəhbərlikdən göstəriş gəldi ki, təcili Bakıya gəlməlisiniz. Bizim təcili gəlməyimizin məqsədi Surət Hüseynovun dövlət çevrilişinə cəhd etməsinin qarşısını almaq idi. Nəhayət, Mürvət Əliyevin rəhbərliyi ilə Nəvaidə onların qarşısını kəsə bildik. Qeyd edim ki, Mürvət Əliyev Rusiyanın Vladiqafqaz şəhərində polis işləmişdi. Döyüş başlayanda işini atıb öz ətrafına da bir neçə nəfəri yığaraq vətəni qorumağa gəlmişdi…

Bizimlə döyüşdə olan dostlarımızdan:

Şahin Lətifov – Mingəçevir (Şəhid)

Bakımbetov Yerbol – (Şəhid )

Qəmbərov Elşən – Saatlı  rayonu

Fərzəliyev Pəsərək – İmişli rayonu

Dadaşov Polad – Ağcabədi rayonu 

Ehtiram Həsənov – Laçın rayonu

Elxan Nəsirov – Saatlı rayonu

Elman Nəsirov – Saatlı rayonu

Rövşən Hüseynov – Füzuli rayonu

Kamil Baxşəliyev – Bərdə şəhəri

Mahir Quliyev – Tovuz rayonu

Eldar Xəlilov

Eldar Xəlilov erməni dilində təmiz danışa bildiyi üçün bütün qurulan əməliyyatın uğurla başa çatmasında böyük rol oynayırdı.

Xatırladım ki, Mürvət Əliyevin bir iti də var idi. Çox yaxşı it idi. Döyüş vaxtları bizləri böyük təhlükələrdən xilas etmişdi…

1993-cü ilin noyabr ayında bizim xidmət elədiyimiz 472 saylı hərbi hissə ləğv edildi. Bizi verdilər 776 saylı hərbi hissənin tərkibinə.

 

Milli Qəhrəman Eldar Ağayevin komandiri olduğu hərbi hissəsində xidmətə başladıq. Biz bu çətin və xüsusi əməliyyat döyüşlərində iştirak edirdik”.

Biraz nəfəs alıb yenidən söhbətinə davam edən Hikmət Əsədov əsir götürdükləri erməni zabiti barədə bunları danışdı:

“Yaxşı xatırlayıram, komandirimiz Habil Hüseynova göstəriş gəldi ki, xüsusi tapşırıq var, erməni zabiti əsir götürülməlidir. Biz 6 nəfər və bir nəfər bələdçi ilə gəldik Daşkəsənin Zivyan kəndinə. Bələdçi gizli və çətin yollarla bizi lazım olan məkana gətirdi. Sərhəddi keçdik. Qarşıdakı postda bir tikili görünürdü. Tikilidən ara-sıra tüstü çıxır, amma səs gəlmirdi. Hiss olunurdu ki, sobada yanan odun yaşdı. Elə biz də fürsəti əldən verməyərək posta yaxınlaşdıq. Tikilinin pəncərəsindən içəridə bir erməni kapitannın olduğu görünürdü. Vəziyyəti və ərazini yenidən nəzərdən keçirib, tikiliyə qapıdan yox, şüşəli pəncərədən daxil olduq. Zabiti dərhal tərksilah edib əsir götürdük. Çox ehtiyatlı davranmalı idik. Biz ərazidən uzaqlaşmamış ermənilər duyuq düşmüşdülər. Bir anın içində hər şey qarışdı. Atışma başladı. Ermənilər bizi mühasirəyə aldılar. Zamanında qərar qəbul eləməsəydik, bizi əsir götürə bilərdilər. Bu baxımdan vəziyyəti dəyərləndirib döyüşə-döyüşə hərəkətə keçdik və mühasirəni yarıb ərazidən uzaqlaşa bildik. Artıq Daşkəsən ərazisinə keçmişdik. Neçə gün idi ki, ac-susuz yollardaydıq. Tapşırığı yerinə yetirmişdik. Bir az dincəlməsək, əldən düşə bilərdik. Odur ki, Daşkəsəndə kafelərdən birinə yaxınlaşdım. Vəziyyəti danışdım. İlqar adında bir nəfər bizi yeməyə dəvət elədi. Biz ermənini və silahını Toğanada təhvil vderdik” – deyə o anları xatırlayan Hikmət Əsədov çox kədərli görünürdü. Çünki şəhid olan döyüş yoldaşlarını xatırlamaq, hadisələri yenidən yaşamaq hissləri açıq-aydın onun çöhrəsindən hiss olunurdu.

Sonra yenidən söhbətinə davam edir:

“1994-cü ildə isə rəsmən Atəşkəs elan olundu. Hərbidən təxris olundum…

İndi başımız dik, alnımız açıqdır. Mən hal-hazırda öz veteranlıq təqaüdümü bir qazi qardaşıma vermişəm. Halal xoşu olsun!

25 şəhid və qazi ailəsinə daim yardım edirəm.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı düşməndən azad elədi. “Qarabağ Azərbaycandır!” – kəlmələri ilə söhbətini yekunlaşdırır.

 

Subut Mehdiyev              

 

Previous Post

Azərbaycan millisinin İslandiya və Fransa ilə oyunlar üçün heyəti açıqlanıb

Next Post

Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb

Bənzər yazılar

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrədə (İsveçrə) keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və...

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı...

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03

Prezident İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 3-də...

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun –...

Next Post
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb

Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb

Hakan Fidan sabah ABŞ-yə gedəcək

Hakan Fidan sabah ABŞ-yə gedəcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.