"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Hikmət Hacızadə: “Rus cəmiyyəti “psix” duruma düşüb”

28 Noyabr 2015 - 11:38
in XƏBƏR LENTİ
FacebookVatsap

Hikmət Hacızadə: “Rus cəmiyyəti “psix” duruma düşüb”

Bunu da oxuyun

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

“Azərbaycan Türkiyənin yanında olmalıdır…”

Türkiyə-Rusiya arasındakı münasibətlərin kritik həddə çatması ölkəmizdə də ciddi narahatlıqla qarşılanıb. Xüsusilə şimal qonşumuzun bu məsələdəki mövqeyi, Qərb dövlətlərinin Türkiyənin yanında olması proseslərə məxsusi çalarlar verib. Son günlərdə yaşananları Elçibəy hakimiyyəti dövründə Azərbaycanın Rusiyada səfiri işləmiş Hikmət Hacızadə ilə dəyərləndirdik.

– Hikmət bəy, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsi ilə bağlı ölkəmizdə qardaş ölkənin üzr istəməsi kimi fikirlər səslənir. Bu fikirlərə münasibətiniz necədir?

– Heç bir üzr istəmək lazım deyil. Ola bilsin ki, üzr istəmək təklifini irəli sürən şəxslərin ya proseslərdən xəbərləri yoxdur, ya da kiminsə sifarişini yerinə yetirirlər. Türkiyə dəfələrlə Rusiyaya nota vermişdi ki, sizin uçaqlarınız bura gəlir, bombalayır. Bu son bir ayda dəfələrlə olub. Sonda belə hadisələr baş verdi. Beynəlxalq hüquq, sərhədlər var. Necə olmalıdır? Oradakı dinc əhalini nə üçün qırırsan? O bölgədə İŞİD yoxdur. Rusiya da deyir ki, İŞİD-lə mübarizə aparıram. Türkmənlər həm İŞİD-dən, həm Suriya ordusundan özlərini qoruyurlar. Onları nə üçün bombalayırsınız? Üzr diləmək məsələsi ilə qəti razı deyiləm.

– Azərbaycanın mövqeyi bu məsələlərdə, sizcə, necə olmalıdır? 

– Birmənalı Azərbaycan Türkiyənin yanında olmalıdır. Çünki Türkiyənin mövqeyi tamamilə haqlıdır. Beynəlxalq hüquq normalarına uyğundur. Burada heç bir tərəddüd yoxdur.

– Rusiya ölkəmizə daha çox təsiredici qüvvəyə malikdir. Türkiyənin yanında olsaq, bizi hansı təhlükələr gözləyir?

– Türkiyənin yanında baxır necə oluruq. Dəstələrimizi ora vuruşmağa göndərməməliyik. Sadəcə, bu və ya digər diplomatik formada münasibət bildirə bilərik. Narahatçılığımızı göstərməliyik. Məsələnin nə yerdə olduğunu başa düşdüyümüz tərzdə büruzə verməliyik. Bütün bunların müxtəlif formaları var.

– Son 100 illik tarixə nəzər salsaq, Türkiyə-Rusiya münasibətləri normal olub. Amma indi tamam əks vəziyyətdir. Qarşıda bizi yeni dünya savaşı gözləmir ki?

– Burada xristian-müsəlman davasından söhbət getmir. Rusiya xristian ölkəsi deyil. Türkiyə də tam müsəlman dövləti deyil. Burada beynəlxalq hüquq, humanitar, diktatura məsələsi var. Rusiya o bölgədə mövqeyini saxlamaq istəyir. Aralıq dənizində bazasını qorumağa çalışır. Son həddə Bəşər Əsəd rejimini qorumaq istəyir. Bu yerdə deyərlər ki, get öz vəziyyətini düzəlt, sonra gəl Aralıq dənizinə. Rusiya sovetdən qalmış mövqeyini qorumaq və genişləndirmək fikrinə düşüb. Burdan Ukrayna alveri edir. Ukrayna məsələsinin həllində müəyyən şərtlər irəli sürür. Daha dəqiq desək, bazarlığını edir. Bu baxımdan burada heç bir müsəlman-xristian ədavəti görmürəm.

– Belə fikirlər səslənir ki, Ərdoğan öz ailə maraqları naminə bu addımı atdı. Neft məsələsini əsas gətirirlər.

– Tamamilə yanlış fikirlərdir. Ola bilsin ki, neft göndərilir, satılır. Bu məsələnin 3-5%-dir. Orada böyük strateji məsələlər var. Suriya kimi ölkənin gələcəyi həll olunur. Qardaş türkmən xalqının taleyi var. Azərbaycan xalqından bu məsələdə əzab çəkən türkmənlərə dəstək lazımdır. Əslində onlar azərbaycanlıdır. Bizim dilimizdə danışırlar. Şairimiz Füzuli də onlardandır. Onlara humanitar yardım göndərsək, təqdirə layiq olar.

– Sizcə, rusları birdən-birə qıcıqlandıran nə oldu?

“Rusiya yerində oturdulacaq”

– Rus cəmiyyəti psixi duruma düşüb – necə ki, vaxtilə almanlar Hitlerin vaxtında bu duruma düşmüşdülər. Onlara elə gəlirdi ki, sözləri haqdır, bütün dünya bunlara düşməndir, dünya Baykal gölünü bunlardan alıb içmək istəyir. İndi də ruslar eyni durumdadırlar. Əslində bir təyyarə hadisəsinə görə normal cəmiyyətlərdə bu qədər səs-küy olmamalı idi. Bunlar da belə dəli olublar.

– Türkiyədə keçirilən G20 sammitindən sonra bu hadisələrin baş verməsi təsadüfdürmü? 

– Hesab edirəm ki, sammitlə heç bir bağlılığı yoxdur. Rusiyanın əvvəlcədən planlaşdırdığı siyasətdir. Əvvəllər də rus bu siyasəti həyata keçirirdi. Sadəcə, deyə bilərik ki, sammit bunlara təsir etmədi, orada deyilən sözlər bunlara girmədi. Ümumiyyətlə, bunlara sözün, fikrin təsiri yoxdur. Gərək yerində oturdasan ki, ağılları başlarına gəlsin. Psix halına düşmüş cəmiyyət belə reaksiyalar verir. Söz deyirsən, eşitmirlər, öz dediklərini deyirlər. Təəssüf ki, bu böyük ölkə qeyri-adekvat davranışlara malikdir.

– Türkiyənin baş verənləri ABŞ-la razılaşdırması barədə fikirlər, sizcə, doğrudurmu?

– Ola bilər. Amerika Türkiyənin müttəfiqidir.

– Demək istəyirsiniz ki, müharibə olarsa, Qərb Türkiyənin yanında olacaq?

– Bəli. Qərb Türkiyənin yanında olduğunu dəfələrlə sözdə deyib. Yaxınlarda NATO yığıncağı olacaq. Bu məsələni müzakirə edəcəklər. Hələ ki Qərbdən Türkiyəyə dəstək mesajları eşidirəm.

– Hikmət bəy, bu proseslər hara qədər gedəcək? 

– Rusiya geri çəkilməsə, proseslər onların məğlubiyyətinə qədər uzanacaq. Həm Suriya, həm də Ukraynada. Ola bilsin ki, Qarabağ məsələsində də. Çünki Rusiya özündən 16 dəfə böyük qüvvə ilə baş-başa gəlir. Qərb 17 dəfə güclüdür. NATO, uçaqları, insanları, silahları və s. Yaponiya İkinci Dünya müharibəsində ABŞ-ın bazasını dağıtdı. Bununla ABŞ-la müharibəyə başladı. O vaxt Amerika Yaponiyadan 11 dəfə güclü idi. Soruşmaq ayıb olmasın, yapon qardaş, özünü hara soxursan? Qarşı tərəf 11 dəfə güclüdürsə, əzəcəklər, bir sillə də vurub gedəcəklər. Yaponiyanı əzib adam etdilər. İndi də rusları belə edəcəklər.

– Rus xalqını digərlərindən fərqləndirən ən başlıca xüsusiyyət müharibəyə meylli olmasıdır. Bu rusların avantajıdır, yoxsa dezavantajı?

– Əlbəttə dezavantajdır. Yaradıcılığa, işə, xoş addımlara meylli olmaq lazımdır. Müharibə XXI əsrdə heç kimə lazım deyil. Müharibə ilə ailə dolandırmaq zamanı çoxdan keçib. Rusların şüuru orta əsrlərdə qalıb. Onların müharibə edəcəyik, qazanacağıq, işğal olunmuş torpaqlardan gəlirlər əldə edəcəyik kimi fikirləri davam edir. Bu fikirlər çoxdan bitib, amma bunlarda hələ də davam edir.

– Putin G20-dəki çıxışında İŞİD-ə qarşı mübarizədən danışmışdı. Mümkün idimi ki, bu məsələlər sammitdə həllini tapsın? 

– Problem ondan ibarətdir ki, Rusiya sammitdə səmimi deyildi. Putin əsas məqsədlərini demədi. Rusların ideyası İŞİD-lə mübarizə deyil. Onların ideyası Bəşər Əsəd rejimini saxlamaqdır. Suriyadakı bazalarını saxlamaq istəyirlər. Məhz buna görə türkmənləri qırırlar. Əsədi saxlamaq, terrorla mübarizə deyil. Deyirlər ki, İŞİD-i vururduq, Türkiyə bizi vurdu. Orada İŞİD yoxdur. İŞİD tamam başqa bölgədədir.

– Çeçen rəhbəri Kadırov türkləri açıq şəkildə təhdid etdi.

– O, bambılının biridir.

– Türkiyə XİN başçısı Çavuşoğlu Azərbaycana səfərə gəldi. Hadisələrin qızğın vaxtlarında bu səfərin pərdəarxası məqamları varmı?

– Türkiyə Azərbaycanı yaxın millət, dövlət və müttəfiq kimi görür. Gələcəklər, bəlkə də Azərbaycandan dəstək istəyəcəklər. Ola bilsin, diplomatik və mənəvi dəstək istəyəcəklər. Başqa xırda məsələlər də həll oluna bilər. Amma düşünürəm ki, əsas müzakirə mövzusu son günlərdəki hadisələr olacaq. Çavuşoğlu Türkiyə hökumətinin mövqeyini başa salacaq, dəstək istəyəcək.

– Azərbaycan hakimiyyətinin Rusiyaya yaxın olduğunu düşünsək, sizcə, hansı addımlar atılacaq?

– Azərbaycan çalışacaq ki, danışmasın. Keçmişə baxsaq bunu görərik. Nə o tərəfə, nə də bu tərəfə danışmayacaq. Bəlkə də nələrsə dəyişəcək. Bundan əvvəl problem o idi ki, mövqe bildirmirdik, susurduq, neytral mövqedə qalırdıq.

– Susqun mövqe bizə sərf etmirmi? 

– Nə vaxta qədər susacağıq? İndi susacaqsan, sonra səni əzəndə digərləri susacaq. Bunların hamısı bir yerə yığılır. Hər şeyin davamı var. Onları da düşünmək lazımdır. Onlar vuruşsun, mən susum. Olmaz axı. Səni də vuranda, türklər susanda necə olacaq? Bunlar çox qəliz məsələlərdir.

– Dağlıq Qarabağ probleminin həlli istiqamətində bu proseslər mənfi, yoxsa müsbət təsir edəcək?

– Ancaq müsbət təsir edəcəyini görürəm. Çünki Rusiya özünü saxlamasa, müharibə genişlənəcək. Nəticədə şimal qonşumuz yerində oturdulacaq. Ondan sonra Rusiyanın Ermənistanı dəstəkləmək imkanları azalacaq. Ondan sonra çox şey dəyişə bilər. Əsas Rusiyadır. Bu müharibə onu zəiflətsə, bizim üçün də yaxşı olar. Qarabağı bizdən rusların aldığı məlumdur. Millət bunu dərk etməlidir. Tez-tez ABŞ və digər dövlətləri söyürlər. Ermənistanda Rusiya ordusu var. Qarabağda rus təlimatçıları durur. Rusiya düşmən ölkəyə silah-sursat verir. Rusiya zəifləsə, Qarabağ məsələsinə yalnız müsbət təsiri ola bilər.

– İranın Rusiyanın yanında olacağı qaçılmazdır. Müharibə olarsa, Cənubi Azərbaycan məsələsinin taleyi gündəmə gələ bilərmi? 

– Bu çox qəliz və uzaq məsələdir. Böyük müharibə olarsa, İranda parçalanma ola bilər. Amma ora qədər proseslərin uzanacağını görmürəm. Gərginlik o səviyyəyə hələ də çatmayıb.

– Türkiyə, yoxsa Rusiya müharibəyə daha hazırlıqlı görünür?

– Türkiyə tək deyil. Rusiya isə müharibəyə hazır deyil. Onlar çox zəifdir. Böhran yaşayırlar. Əvvəllər əllərində pul var idi. İndi o da yoxdur. Rusiya ondan 16 dəfə böyük alyansla qarşılaşır. Burada hansı hazırlıqdan söhbət gedə bilər? Putinin də xəstəliyi dərinə gedib. Açıqlamalarında bu sezilir.

Previous Post

Hikmət Hacızadə: “Rus cəmiyyəti “psix” duruma düşüb”

Next Post

Bakıya göndərilən 18 milyardın mistik taleyi – Həmid Herisçinin daha bir səs-küylü araşdırması

Bənzər yazılar

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

15 Oktyabr 2026 - 21:58

Oktyabrın 9-na olan vəziyyətə görə ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 8,6 milyon barel azalaraq 415,6 milyon barel təşkil edib....

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

15 Oktyabr 2026 - 15:30

AQEM, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ASEAN və Şanxay Əməkdaşlıq Təşkilatı arasında koordinasiyanın gücləndirilməsi, şübhəsiz ki, qitə üzrə əlaqəliliyi...

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

15 Oktyabr 2026 - 12:53

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə anklav və eksklavların mövcudluğu, eləcə də ərazi mübadiləsi məsələsinə yenidən münasibət bildirib. Elchi.az...

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

15 Oktyabr 2026 - 12:48

Bu gün axşam saatlarında Bakıdan İrəvana təyyarənin uçacağı bildirilir. Elchi.az xəbər verir ki, bu barədə “Flightradar24” saytına istinadən məlumat yayıb....

Next Post

Bakıya göndərilən 18 milyardın mistik taleyi - Həmid Herisçinin daha bir səs-küylü araşdırması

Bakıya göndərilən 18 milyardın mistik taleyi - Həmid Herisçinin daha bir səs-küylü araşdırması

Son xəbərlər

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

15 Oktyabr 2026 - 21:58
IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

15 Oktyabr 2026 - 19:29
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

15 Oktyabr 2026 - 19:09
Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr 2026 - 18:51
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

15 Oktyabr 2026 - 18:43
COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34
Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

15 Oktyabr 2026 - 18:26
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

15 Oktyabr 2026 - 18:05
Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib

Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib

15 Oktyabr 2026 - 17:48
Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib

Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib

15 Oktyabr 2026 - 17:35
Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

15 Oktyabr 2026 - 17:27
ADY-də qanvermə aksiyası keçirildi

ADY-də qanvermə aksiyası keçirildi

15 Oktyabr 2026 - 17:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.