ABŞ-ın müdafiə naziri Pit Heqset iddia edir ki, yüzlərlə gəmi ABŞ Silahlı Qüvvələrinin Hörmüz boğazından müşayiətlə keçid təklifindən yararlanmağa hazırlaşır.
Elchi.az xəbər verir ki, onun sözlərinə görə, Amerikanın iki ticarət gəmisi artıq ABŞ esmineslərinin müşayiəti ilə Hörmüz boğazını keçərək “keçidin açıq olduğunu nümayiş etdirib”.
“Hazırda dünyanın digər ölkələrinə məxsus yüzlərlə gəmi boğazdan müşayiətlə keçməyə hazırlaşır”, — deyə Pentaqon rəhbəri jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
Məryəm





















