Hamburgerin tərkibində kimyəvi maddələr müəyyən edilib

"Hamburger əksər insanların vazkeçilməzləri arasındadır, lakin çox təəssüf ki, kalorisi olduqca yüksəkdir. Ona görə də çəki problemi olanlar hamburgerdən uzaq durmalıdır"-bu sözləri Elchi.az saytına açıqlamasında Ceyhunə Yusifova deyib.
O, hamburgerin bu qədər kalorili olmasına səbəb onun içərisindəki küftəcik və içinə qoyulan sousların olduğunu bildirib.
"Hamburger çörəyinin tərkibində asılılıq yaradan kimyəvi maddələrin olduğu müəyyən edilib. Buna görə də hamburgerin dadına baxanlar adətən ondan asanlıqla imtina edə bilmirlər.Hamburgerin qida dəyəri demək olar ki, yoxdur,lakin onun kalorisi olduqca yüksəkdir.
Piylənmə ən vacib sağlamlıq problemlərindən biridir və hətta uşaqlıqda da baş verə bilər. Bunun əsas səbəblərindən biri fast food adlanan sağlam olmayan məhsullardır. Hamburger də bu qidalardan biridir. Pəhriz saxlayırsınızsa və ya hər zaman formada qalmaq istəyirsinizsə, hamburgeri həyatınızdan çıxarmalısınız. Hamburger kökəlməyə səbəb olan və sağlamlığa mənfi təsir edən məhsuldur. Hamburger yeyən insanla heç vaxt qamburger yeməmiş insanı müqayisə etsək, ikisinin çəkisi ilə bədənlərindəki əzələ və yağ nisbətinin bir-birindən tamamilə fərqli olduğu görüləcək.
Hamburgerlərin sizi kökəltdiyi danılmazdır. Üstəlik, qısa zamanda kökəlməyə səbəb olur, eyni zamanda insanların sağlamlığını korlayır. Əgər arıqlamağa çalışırsınızsa və mümkün qədər tez arıqlamağı hədəfləyirsinizsə, hamburgerdən qaçınmaq vacibdir. Əslində hamburger kitabını tamamilə bağlamaq ən yaxşısı olardı. Amma dediyimiz kimi, hamburgerlərə gəldikdə dözə bilmirsinizsə, özünüz hamburgerinizi hazırlaya bilərsiniz".
Dietoloq daim hamburgerlərlə qidalanmanın arzuolunmaz çəkiyə səbəb olacağını bildirib :"Çünki bütün fast-food məhsulları kimi hamburgerlər də sizi kökəldir. Hamburger yedikdən sonra idmanla əldə etdiyiniz kaloriləri yandırmaq hamburgerin zədələnməsinin az da olsa qarşısını alacaq.Və yenə dediyim kimi ən düzgün hamburger yeməməkdir".
Havar Şəfiyeva