Hakimləri söyən Amit Quluzadəyə ağır cəza

🗓 22.05.2025 17:52 ✍️ "Elçi" qəzeti
Hakimləri söyən Amit Quluzadəyə ağır cəza

AFFA İntizam Komitəsi 1-ci liqada mübarizə aparan “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadəni sərt cəzalandırıb.

Musavat.com xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

İntizam Komitəsi bugünkü iclasında mütəxəssislə bağlı qərar qəbul edib. Qərarda bildirilib ki, 1-ci liqanın 26-cı turunun “Karvan”la oyunu bitdikdən sonra “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadə hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalandırılıb. Onun klubu isə 400 manat cərimə edilib.

Qeyd edək ki, Amit Quluzadə ötən ildən “Qaradağ Lökbatan”ın baş məşqçisidir.

Bənzər yazılar