Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan çox güman ki, Ankaranın Yaxın Şərq və Şimali Afrika regionu dövlətləri ilə əlaqələrin gücləndirilməsi sahəsində siyasətini aktivləşdirəcək, Türkiyə kəşfiyyatının rəhbəri vəzifəsində həmin yolu davam etdirəcək.
Elchi.az bu barədə “Bloomberg.com” agentliyinə istinadən xəbər verir.
Agentliyin qeyd etdiyi kimi, H.Fidan Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri vəzifəsində artıq Misir, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Suriya rəhbərliyinin nümayəndələri ilə münasibətləri yaxşılaşdırmaq üçün qeyri-rəsmi danışıqlar aparıb. Bu siyasət Türkiyənin regionda xarici siyasətinin daha geniş strategiyasının tərkib hissəsi kimi xarakterizə olunur.
Yeganə