Haitidə baş nazir Ariel Henrinin istefası tələbi ilə keçirilən aksiyalarda 6 nəfər ölüb, onlarla insan yaralanıb.
Elchi.az xəbər verir ki, bölgə mətbuatında yer alan xəbərə görə, bir çox şəhərdə baş nazir Henrinin istefasını tələb edən minlərlə insan polislə toqquşub.
Hadisələr zamanı 6 nəfər güllələnərək öldürülüb, onlarla insan yaralanıb.
Çox sayda adamın saxlanıldığı hadisələrdə təhlükəsizlik qüvvələrinin nəzarəti itirdiyi və dəstələrin içəri girdiyi iddia edilir.
Nuranə Məmmədova