Hadisə milyonu ötdü

🗓 07.08.2014 16:12 ✍️ "Elçi" qəzeti
Cazibədar müğənni Hadise yeni klipi ilə rekorda doğru irəliləyir.publika.az140737350967218

ANS PRESS-in məlumatına görə, Türkiyəli məşhur müğənni Hadisenin təqdim etdiyi yeni klip, hələ treylerinin yayıldığı zamandan etibarən erotik kadrları ilə geniş müzakirə edilməyə başlamışdı.

Müğənninin “Nerdesin aşkım” (“Hardasan eşqim”) adlı mahnıya çəkdirdiyi klipin bəzi xarici kliplərə bənzərliyi olduğu deyilir. Sosial şəbəkə saytlarında paylaşılan və müzakirə mövzusuna çevrilən yeni klipin Türkiyə kanallarından bəzilərində yayımlanmasına qadağa qoyulub. Buna baxmayaraq, kllipə olan maraq olduqca böyükdür. Sadəcə klipi yayımlayan musiqi şirkətinin saytında bir milyondan çox baxış olub.

Qeyd edək ki, Hadisenin sözügedən mahnısı uzun müddətdir üzərində çalışdığı “Tavsiye” adlı albomuna daxil etdiyi 9 mahnıdan biridir. Albomda 9 mahnıdan əlavə, remiks də yer alıb.

Bənzər yazılar