Hacıqabulda baş verən qəzasında 6 nəfər xəsarət alıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunda rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
KİA və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri, 1999-cu il təvəllüdlü Nuray Malik qızı Abıyeva, onun qardaşı, 2008-ci il təvəllüdlü Nihad Malik oğlu Abıyev, 1996-cı il təvəllüdlü Elmar Səyyad oğlu İbrahimov, 2000-ci il təvəllüdlü Aidə Azər qızı Hüseynəliyeva, 1973-cü il təvəllüdlü Şahnaz Mürsəl qızı Salmanova və Laçın rayon sakini, şəhid anası, 1955-ci il təvəllüdlü Nənəxanım Səfər qızı Abışovadır.
Qəza nəticəsində xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Şəhid anası N. Abışovanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir
Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Quru Qoşunlarının N...





















Son şərhlər