"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Hacıbala Abutalıbov “Yeni Müsavat”a danışdı – EKSKLÜZİV MÜSAHİBƏ

07 İyun 2015 - 19:00
in XƏBƏR LENTİ
FacebookVatsap

Hacıbala Abutalıbov “Yeni Müsavat”a danışdı - EKSKLÜZİV MÜSAHİBƏ

Bunu da oxuyun

Metro və dəmir yolu layihələri üçün torpaqların alınması qaydaları təkmilləşdirilir

Alimlər qocalmayan bir kəpənək növü aşkar ediblər

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Bakı hökumətinin başçısı: “Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq var”

Hazırda Bakıda bir neçə istiqamətdə iş gedir. Bir tərəfdən yanan binalar təmir olunur, sakinlərə kompensasiya verilməsi məsələsi hələ də gündəmdədir. Digər tərəfdən binalardan yanğına həssas üzlüklərin sökülməsi prosesi davam edir. Bu binaların hansı materialla üzlənəcəyi maraqla gözlənilir.

 
Bundan əlavə, Bakının mərkəzində “Sovetski”, “Beşmərtəbə” adlanan  ərazilərin sökülməsi gözlənilir. Bütün bunların fonunda Bakı I Avropa Oyunlarını qarşılamağa hazırlaşır. Belə bir vəziyyətdə proseslərin nə yerdə olması və aparılan işlərlə bağlı yaranan suallara aydınlıq gətirmək üçün “Yeni Müsavat” Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla müsahibəni təqdim edir. 
– Hacıbala müəllim, Binəqədi rayonunda yanan binada təmir işləri ilə bağlı vəziyyət nə yerdədir?
– Binada yüksək səviyyədə işlər gedir. 4 aya o mənzillər sahiblərinə təhvil veriləcək.
– Xətai rayonunda yanan binanın sakinləri təmir işlərinin keyfiyyətsiz aparılmasından narazıdırlar, siz nəzarət edirsizmi?
– Bütün bu deyilənlər yalandır. Orada belə hal yoxdur. Xətai rayonunda yanan binada zərər dəyən mənzillərin sahiblərinə hər birinə 15 min manat kompensasiya verilib, təmir də yüksək səviyyədə aparılır. Gələn ayın sonuna kimi mənzillər sakinlərə təhvil veriləcək.
– Hacıbala müəllim, yanan binanın sakinlərinə sağlamlığa dəyən ziyana görə kompensasiya nə zaman ödəniləcək? 
– Nazirlər Kabinetinin bu haqda qərarı var və bütün işlər ona uyğun aparılır. Qərarda belədir ki, zərərçəkmişlərə 20 min manat ödənilsin. Binada 56 mənzil var idi, lakin iki mənzil əlavə olaraq ayrı-ayrı bölündüyü üçün 58 mənzil hesablandı. Bu mənzillərin sahiblərinin hər birinə 20 min manat ödənildi. Xəsarət alanlara, yəni yanğın zamanı xəsarət alması ilə bağlı xəstəxanadan, Səhiyyə Nazirliyindən arayış gətirənlərə 5 min manat, vəfat edənlərin hər birinə görə, ailələrinə 15 min manat ödənilib. Mənzil sahiblərindən 52 nəfəri kompensasiya ilə təmin olunub. 6 mənzil sahibinə  kompensasiya ödənilməsi qalıb. Bunlardan birinə səbəb mənzil sahibi olan qaynana ilə evində qalan oğul və gəlin arasındakı mübahisədir. Onu birinci gün həll etməyi planlaşdırırıq. Qalan 5 nəfərin işi isə vərəsəlik hüququnun bərpası ilə bağlıdır. Vərəsəlik hüququnun bərpası prosesi 6 ay çəkir. 6 ay ərzində kim məhkəmə yolu ilə həmin mənzillərin vərəsəlik hüququnu alacaqsa, bu barədə məhkəmənin verdiyi arayışı aparıb banka verməklə pulunu verə biləcəklər.
 
– Hacıbala müəllim, Binaların üzlüklərinin sökülməsi nə zaman yekunlaşacaq və  hansı materialla üzlənməsi nəzərdə  tutulur?
– Bakı şəhərində olan binaların hamısından üzlüklər tamamilə sökülüb. İndi Mətbuat prospekti və Ziya Bünyadov prospektində binaların üzlükləri keramika-qranitlə üzlənir, Mətbuat prospektində ağ daşla üzlənən, yalnız eyvanları yanğına səbəb ola biləcək materialdan olan 6 binanın eyvanı betonla üzlənəcək. Nobel prospektində bütün binalar təmizlənib, onların hamısı və digər binalar Almaniyadan, Finlandiyadan və Amerikadan gətirilmiş və xüsusi instruksiya ilə nəzərdə tutulmuş rənglərlə boyadılacaq. İyun ayının 10-a qədər bu işlər yekunlaşmalıdır. Bütün işlər ayın 10-da qurtaracaq.
 
– Bakıda hansı ərazilərin sökülməsi nəzərdə tutulur və nə zaman başlanacaq? 
– Söküntü işləri artıq başlayıb. Hazırda “Sovetski” adlanan ərazi sökülür. Orada 4 mərhələli sökülmə gedəcək. Birinci, artıq “Sovetski”də söküntü işləri son mərhələyə gəlib çatıb. İkinci, “Nizami” metrostansiyasından İstiqlaliyyət küçəsinə qədər olan ərazi, “Təzəpir” məscidinin ərtafındakı evlərin sökülməsi nəzərdə tutulur. Üçüncü, “Beşmərtəbə”nin yanından Şəmsi Bədəlbəyli küçəsinə paralel olan küçələrdə, Dilarə Əliyeva, Vidadi  küçələrinin sökülməsi nəzərdə tutulur. Sökülən ərazilər yalnız və yalnız yüksək səviyyəli yaşıllaşdırma və istirahət zolaqlarına çevriləcək.
 
– Hacıbala müəllim, son olaraq, Bakı Avropa Oyunlarına hazırdırmı? 
– Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq var. Bütün idman zalları və stadionlar, su idman stadionları hamısı Avropa Oyunlarına tam hazırdır. Mən əminəm ki, biz yüksək səviyyədə bu Avropa Oyunlarını başa vura biləcəyik.
Previous Post

Hacıbala Abutalıbov “Yeni Müsavat”a danışdı – EKSKLÜZİV MÜSAHİBƏ

Next Post

Kadırovun qabırğasını 2 yerdən sındırdılar

Bənzər yazılar

Milli Məclisin iclası keçirilir

Metro və dəmir yolu layihələri üçün torpaqların alınması qaydaları təkmilləşdirilir

18 Sentyabr 2026 - 11:50

Tunellərin, o cümlədən metro tunellərinin, dəmir yolu, metropoliten və tramvay xətlərinin, stansiya və depoların tikintisi, quraşdırılması və genişləndirilməsi üçün zəruri...

Alimlər qocalmayan bir kəpənək növü aşkar ediblər

Alimlər qocalmayan bir kəpənək növü aşkar ediblər

18 Sentyabr 2026 - 10:32

Bristol Universitetinin rəhbərliyi və Smitson Tropik Tədqiqatlar İnstitutunun əməkdaşlığı ilə aparılan bir araşdırma müəyyən edib ki, Cənubi və Mərkəzi Amerikanın...

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

17 Sentyabr 2026 - 23:54

ABŞ Prezidenti Donald Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib, bu mərhələdə münaqişəyə son qoymaq üçün kütləvi hücumların bərpa olunub-olunmaması...

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

17 Sentyabr 2026 - 23:12

Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqlar başa çatdırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də...

Next Post

Kadırovun qabırğasını 2 yerdən sındırdılar

Kadırovun qabırğasını 2 yerdən sındırdılar

Son xəbərlər

Fermerlərə məhsul şəhadətnaməsi müddətli veriləcək

Fermerlərə məhsul şəhadətnaməsi müddətli veriləcək

18 Sentyabr 2026 - 12:27
Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan millisinin heyəti açıqlanıb

18 Sentyabr 2026 - 12:18
Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

18 Sentyabr 2026 - 12:10
Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib

Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib

18 Sentyabr 2026 - 12:03
FHN sürücülərə müraciət edib

FHN sürücülərə müraciət edib

18 Sentyabr 2026 - 11:58
Milli Məclisin iclası keçirilir

Metro və dəmir yolu layihələri üçün torpaqların alınması qaydaları təkmilləşdirilir

18 Sentyabr 2026 - 11:50
TikTok-un təsisçisi Asiyanın ən varlı insanı oldu

TikTok-un təsisçisi Asiyanın ən varlı insanı oldu

18 Sentyabr 2026 - 11:44
Cənubi Koreya Hörmüz boğazına əsgər göndərməyəcək

Cənubi Koreya Hörmüz boğazına əsgər göndərməyəcək

18 Sentyabr 2026 - 11:37
Rusiyanın Qərbə qarşı ittihamı gərginliyi artıra bilər: “Müharibəyə hazırlaşırlar”

Rusiyanın Qərbə qarşı ittihamı gərginliyi artıra bilər: “Müharibəyə hazırlaşırlar”

18 Sentyabr 2026 - 11:25
İran Hörmüz boğazında tankerə zərbə endirdi

İran Hörmüz boğazında tankerə zərbə endirdi

18 Sentyabr 2026 - 11:16
Asiya ölkələri “rekord səviyyəli” El-Nino təhlükəsinə qarşı həyəcan təbili çalır

Asiya ölkələri “rekord səviyyəli” El-Nino təhlükəsinə qarşı həyəcan təbili çalır

18 Sentyabr 2026 - 11:09
Azərbaycan DTX 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb – VİDEO

Azərbaycan DTX 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb – VİDEO

18 Sentyabr 2026 - 11:00
Şimali Koreyanın nüvə sınaqları tektonik qırılmaları aktivləşdirmiş ola bilər

Şimali Koreyanın nüvə sınaqları tektonik qırılmaları aktivləşdirmiş ola bilər

18 Sentyabr 2026 - 10:57
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

18 Sentyabr 2026 - 10:56
ABŞ hərbçiləri Avropadakı qoşun sayının azaldılmasını müzakirə edir

ABŞ hərbçiləri Avropadakı qoşun sayının azaldılmasını müzakirə edir

18 Sentyabr 2026 - 10:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.