“ABŞ ordusunun Ukraynaya tədarük etməyə hazırlaşdığı “Switchblade 600” kamikadze dronları havada 20 dəqiqə qala bilir və cəmi 40 km məsafə qət edir. Bu dronları yerli media yuxarıdakı xüsusiyyətlərini yazaraq “uzaqmənzilli” vasitə adlandırır. Biri səhv yazıb, hamı da tirajlayıb”.
Elchi.az xəbər verir ki, bu sözləri Feysbuk hesabında hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev yazıb.
Ekspert qeyd edib:
“Əgər “Switchblade 600” 40 km məsafə ilə “uzaqmənzilli” PUA-dırsa, o zaman havada on saatlarla qalan və gözümüzün önündə 3 ölkə səmasında 2000 km məsafəni qət edərək Azərbaycana çatan AKINCI hansı sinifə aiddir? Əsgərlikdə olmayanlar, əlinə silah almayanlar, hərbi təhsil müəssinin yerin tanımyanlar silah, ordu və müharibənin xüsusiyyətlərini şərh edəndə, belə də olmalı idi. Heç olmasa yazılanları oxuyun!”.
Elchi.az