Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinat olub.
Bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Amid Verdiyev Azərbaycan Respublikası Kadrlar şöbəsinin rəisi təyin edilib.





















