Avstraliyada bu gün hərbi helikopter qəzaya uğrayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Talisman Saber” hərbi təlimində iştirak edən helikopter Hamilton adası yaxınlığında suya düşüb.
Sözügedən helikopter ABŞ və Avstraliya hərbçilərinin qarşılıqlı fəaliyyətini əlaqələndirmək üçün təlim manevrləri həyata keçirirdi.
Hadisə ilə bağlı danışan Avstraliyanın müdafiə naziri Riçard Marles qəza nəticəsində 4 nəfərin həlak olduğunu bildirib:
“Ekipaj üzvləri hələ tapılmayıb, axtarış-xilasetmə işləri davam edir”.
İrandan ABŞ seçki nəticələrinə ilk reaksiya
Demokratların Senatda çoxluğu əldə etdiyi ABŞ-dakı aralıq seçkilərin qeyri-rəsmi nəticələri ilə bağlı İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bunları bildirib:...





















Son şərhlər