Oktyabrın 30-u saat 19 radələrində 1993-cü il təvəllüdlü Zəhra Babayevanın kirayədə yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Goranboy rayon prokurorluğundan Elchi.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Bəbir Həsənlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Zəhra Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bəbir Həsənli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Qeyd edək ki, qətli törədən Bəbir Həsənlinin N saylı hərbi hissədə xidmət edən hərbçi – baş leytenant, qətlə yetirilən Zəhra Babayevanın isə həmin hərbi hissədə işləyən qadın hərbi qulluqçu olduğu bildirilir.
Bakının mərkəzində kokain satan şəxs saxlanıldı
Bakının mərkəzində, Nizami küçəsində kokain satan şəxs saxlanılıb. Elchi.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini 1984-cü il təvəllüdlü...