Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərlə söhbətində deyib ki, dialoqdan qorxan zəif tərəfdir.
Elchi.az xəbər verir ki, onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ilə siyasi dialoq mümkün olan çərçivədə davam edəcək.
“Əlbəttə, Avropa İttifaqı bizdən çox böyükdür, amma mən bunu nəzərdə tutmuram. O mənada zəifdir ki, həqiqət Avropa İttifaqının tərəfində deyil – həqiqət bizim tərəfimizdədir.
Biz dialoqa mümkün qədər açığıq və həmişə bunu bəyan etmişik: Avropa bürokratiyasının Gürcüstan hakimiyyəti ilə dialoqu bərpa etmək istəyini görən kimi biz açıq olacağıq.
Onların münasibətinin fərqli olduğunu görürük; bu, sovet dövründən qalma yanaşmadır, burada onlar dialoqdan və müzakirədən qorxurlar. Dialoqdan qorxan daha zəif tərəfdir – mübahisələrdə daha zəifdir. Təbii ki, Avropa Birliyi bizdən çox böyükdür, amma mən bunu nəzərdə tutmuram. Zəif tərəf o deməkdir ki, həqiqət Avropa İttifaqının tərəfində deyil, bizim tərəfimizdədir”,-deyə Kobaxidze qeyd edib.
Sanksiya riski fonunda Bolqarıstana ümid edib-etmədikləri ilə bağlı suala Kobaxidze “Bolqarıstanı aşağılamayın” deyib.
“Heç bir ölkə alçaldılmamalıdır. Biz dialoqun mümkün olduğu hər kəslə danışırıq. Dialoq və ünsiyyətdə olmaq istəyini ifadə edənlər bizim işlədiyimiz tərəflərdir. Bizim mövqeyimiz belədir. Bu yanaşma sayəsində biz indiyədək çətinliklərə baxmayaraq, ölkənin müstəqilliyini təmin edə bilmişik”, – Kobaxidze qeyd edib.
Yeganə





















