Həmas lideri İsmayıl Haniyə İsrailin Qəzzaya qarşı müharibəsini müzakirə etmək üçün Qahirəyə gəlib. Qətər və Misirin Qəzzada əsir mübadiləsi razılaşması və atəşkəs əldə etmək səyləri davam edir.
Elchi.az xəbər verir ki HƏMAS lideri İsmayıl Haniyənin İsrailin Qəzza zolağına davam edən hücumunu müzakirə etmək üçün Qahirəyə gəldiyini açıqlayıb.
Fələstin müqavimət qrupu açıqlamasında bildirib ki, Haniyə və onun heyəti Misir rəsmiləri ilə Qəzzada siyasi vəziyyət və bu sahədəki qarşıdurmalar barədə danışıqlar aparacaq .
Görüşlərdən sonra İsrailin Qəzzaya hücumlarının dayandırılması üçün səylərin göstəriləcəyi bildirilib.
Haniyənin Qahirəyə səfəri Qətər və Misirin Qəzzada əsir mübadiləsi razılaşması və atəşkəs əldə etmək üçün səylərini davam etdirdiyi bir vaxtda baş tutub.
Həmas dəfələrlə bəyan edib ki, əsir mübadiləsi sazişinin ilkin şərtləri tam atəşkəs, İsrail ordusunun Qəzza zolağından çıxarılması və Qəzzanın yenidən qurulmasıdır.
Nuranə Məmmədova