HƏMAS-a bağlı İzzəddin Əl Qəssam Briqadaları iki amerikalı girovu azad etdiklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sosial media hesabından verdiyi açıqlamada Qəzzada əsir saxlanılan ABŞ vətəndaşı ana və qızının sərbəst buraxıldığı açıqlanıb.
Həmas ana və qızın humanitar səbəblərdən azad edildiyini açıqlayıb. Bəyanatda həmçinin qeyd olunub ki, Əl-Qəssam Briqadalarının bu addımı ilə məqsədi “Amerika xalqına və dünyaya Bayden və onun faşist administrasiyasının iddialarının yalan və əsassız olduğunu sübut etməkdir”.
Nuranə Məmmədova