Hələb bombalandı: 18 ölü

🗓 15.08.2014 09:50 ✍️ "Elçi" qəzeti

Suriya ordusuna aid vertolyotun Hələb şəhərində müxaliflərin nəzarətində olan Bab Neyrab bölgəsinə 3img1618957 bomba atdığı bildirilib.

Axar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində içində qadın və uşaqların da olduğu 18 adam ölüb, onlarla adam yaralanıb, çoxlu ev dağılıb.
Yerli özünümüdafiə qrupları ölüləri məhdud imkanlarla evlərin dağıntıları altından çıxarıblar. Uzun əziyyətlərdən sonra dağılan evin daşları altından bir yaralını sağ çıxarsalar da daha sonra yaralının ölməsi yerli özünümüdafiə qrupunu sarsıdıb.
 

Bənzər yazılar