"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Gəlib, lap YAP-dakı otağımı da axtarsınlar…” – Siyavuş Novruzov

26 Dekabr 2014 - 20:31
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

img1710882Dekabrın 26-da Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına müsahibə verib.
S.Novruzov müsahibəsində “Azadlıq” radiosunun Bakı bürosunun ofisində aparılan axtarışla bağlı sualları cavablandırıb, radionun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlunun fikirlərinə münasibət bildirib:
– Baş Prokurorluğun əməkdaşları “Azadlıq” radiosunun Bakı bürosunun ofisində axtarış aparıblar. Radionun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu hesab edir ki, aparılan axtarış, möhür və sənədlərin götürülməsi “Azadlıq” radiosuna qarşı təxribat və təzyiqdir. “Azadlıq” radiosunun Bakı bürosunun ofisində axtarış aparılmasında siyasi motivlər də rol oynayıbmı?
– Qətiyyən. Hüquq-mühafizə orqanları məhkəmə qərarı əsasında istənilən yerdə axtarış aparmaq səlahiyyətinə malikdir. Prokurorluq əməkdaşları öz qanuni vəzifələrini yerinə yetiriblər. “Azadlıq” radiosunun bir neçə işçisi və radio ilə əməkdaşlıq edən bir neçə nəfər cinayət məsuliyyətinə cəlb olunub. Yəqin ki, axtarış onların verdikləri ifadələr əsasında ortaya çıxmış nüansların aydınlaşdırılması məqsədi ilə aparılıb. Şübhəli olan məsələləri aydınlaşdırmaq, sübutları yerində dəqiqləşdirmək üçün istənilən evdə, ofisdə axtarış aparılması adi haldır. Bunun üçün də rəsmi qərar çıxarılır.
Əgər şübhəli nəsə yoxdursa, niyə qorxurlar? Əgər mən düzəmsə, əməlisalehəmsə, qanunu pozmuramsa, gəlib hər gün YAP-dakı otağımda istənilən qədər axtarış aparsınlar. Buradan nə tapacaqlar? Qəzet, kağız, mətbuatın icmalı və sair. Axtarışdan, araşdırmadan yalnız fəaliyyətində problem olan şəxslər qorxa bilərlər.
Aparılan araşdırmanı təxribat və təzyiq kimi qiymətləndirmək üçün heç bir əsas yoxdur. Bəziləri elə düşünür ki, bu axtarışlar ona görə dekabrın 26-da aparılıb ki, həmin gün ABŞ-da Milad bayramıdır, istirahət günüdür. Bura ABŞ deyil, Azərbaycandır və biz Milad bayramını qeyd etmirik. Fevralın 1-də, yaxud başqa gün axtarış aparılsaydı, bu, ABŞ-da əks-səda doğuracaqdı? Ortaya belə iddialar atmaq gülüncdür. Bu məqamda “Qarğa, məndə qoz var” məsəli yada düşür. İndi xoflu olanlar ortaya düşüblər və qışqırıq salırlar.
– “Azadlıq” radiosunun Bakı ofisində axtarış aparılması ABŞ-Azərbaycan münasibətlərində gərginlik olduğu vaxta təsadüf edir. Axtarışın belə bir dövrə düşməsi təsadüfdürmü? Bu axtarış ABŞ-Azərbaycan münasibətlərini daha da gərginləşdirə bilərmi?
– Məsələyə bu kontekstdən yanaşılmasının qəti əleyhinəyəm. Çünki hər bir dövlətin vətəndaşları üçün təhlükəsizliyin təmin olunması hər şeydən önəmlidir. Dövlətin təhlükəsizliyi heç nəylə müqayisə oluna bilməz və burada güzəşt mümkün deyil. O cümlədən hər hansı dövlətlə qurulan əlaqələr, münasibətlər bizim ölkəmizin təhlükəsizliyindən üstün tutula bilməz. Bu gün Azərbaycan hakimiyyəti dövlət və xalq üçün cavabdehlik daşıyır. Cavabdehliyi yerinə yetirmək üçün dövlət əleyhinə yönələn hər hansı bir təxribatın, terror cəhdinin, Azərbaycan xalqının mənafeyinə zidd addımların qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq. Kimsə dövlət əleyhinə fəaliyyət göstərirsə, hansı dövlətə işləməsindən, hansı beynəlxalq təşkilata qulluq etməsindən asılı olmayaq cəzalandırılacaq. Millətin, dövlətin əleyhinə yönələn istənilən addımın qarşısı alınacaq.
ABŞ-ın vitse-prezidenti Cozef Bayden, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri bildiriblər ki, terrorun qarşısını almaq, Amerika xalqının maraqlarını qorumaq üçün fundamental prinsiplər olan insan hüquq və azadlıqlarını, vicdan azadlığını, etnik, milli, dini hüquqları pozublar. Onlar bildiriblər ki, yaxaladıqları terrorçulardan ifadə almaq, gələcəkdə törədilə biləcək terror aktlarının yolunu kəsmək və milli maraqları qorumaq üçün orta əsrlərə aid işgəncə metodlarından istifadə ediblər. ABŞ bütün bunları açıq formada bəyan edib.
Belə olan halda Azərbaycan hakimiyyəti kimlərinsə xarici xüsusi xidmət orqanlarına məlumat ötürməsinə imkan verə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, bizim ərazimizin 20 faizi Ermənistanın işğalı altındadır, hər tərəfdən böyük və ciddi proseslərin baş verdiyi dövlətlərin əhatəsindayik. Prosesləri başlı-başına buraxa, kiminsə istədiyi vaxt hansısa ölkənin xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməsinə, xaricə məlumat ötürməsinə, casusluq etməsinə imkan verə bilmərik. Bizdən buna imkan verməyimizi tələb etmək, buna şərait yaratmağımız üçün bizə təzyiq göstərməyə cəhd etmək gülüş doğurur. Bunu amerikalılar da yaxşı başa düşməlidirlər. Əgər ABŞ öz təhlükəsizliyini qorumaq üçün özünün bəyan etdiyi fundamental hüquqları qurban veribsə, belə bir addım atıbsa, biz niyə atmamalıyıq?
Tam məsuliyyətlə bəyan edirəm ki, son proseslərin söz, mətbuat azadlığı ilə bağlılığı yoxdur. “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsindən sonra çox məsələnin üstü açılıb. İndiyədək onlara bir söz deyilmirdi, indi isə bütün kartlar, xətlər açılıb və bəzi şəxslərin xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı üzə çıxıb, onlar bir-birlərinin fəaliyyəti, hansı işlər gördükləri haqda hüquq mühafizə orqanlarına məlumat veriblər. Onlar xarici kəşfiyyata, erməni lobbisinə işlədiklərinə görə məsuliyyətə cəlb olunublar. Xarici kəşfiyyata, erməni lobbisinə xidmət edən hər bir yer, təşkilat axtarılmalıdır.
Əlbəttə, sual oluna bilər: onlar niyə indiyədək məsuliyyətə cəlb olunmurdular? Bəyəm onlar indiyədək daha zəif fəaliyyət göstəriblər, tənqidləri, təhqirləri az olub? Xeyr, sadəcə olaraq hər şeyin zamana ehtiyacı var.
– Yəni məsuliyyətə cəlb olunan Azərbaycan vətəndaşları ABŞ kəşfiyyatına işləyirmiş?
– Əlbəttə. Belə hallar çoxdur. Onların maskalanmalarına fikir vermək lazım deyil. Gələn il bu adamların bir qrupunun açıq məhkəməsi olacaq. Həm sənədlərlə, faktlarla, həm də audio və video yazılarla həmin şəxslərin günahları sübuta yetirilib. Buna görə də bəzi dövlətlər hay-küy salır. Çünki iç üzləri açılır, xüsusi xidmət orqanlarının fəaliyyəti ifşa olunub. İstintaq getdiyinə görə detalları açmıram. Burda təkcə erməni kəşfiyyatına yox, ABŞ və digər ölkələrin kəşfiyyatına da işləyənlərin iç üzü açılacaq. Azərbaycan hakimiyyəti açıq məhkəmədə bütün mətbuatın, ictimaiyyətin iştirakı ilə göstərəcək ki, xarici kəşfiyyata işləyən kimlərdir, hansı ölkələrin xüsusi xidmət orqanları Azərbaycan vətəndaşını casusluğa cəlb edib, onların əməlləri nədən ibarətdir və onları müdafiə edənlər kimlədir.
Previous Post

“Gəlib, lap YAP-dakı otağımı da axtarsınlar…” – Siyavuş Novruzov

Next Post

Biləsuvar rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il tədbirləri

Bənzər yazılar

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

15 Noyabr 2026 - 10:10

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə Elchi.az...

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

15 Noyabr 2026 - 10:08

ABŞ-nin bütün hava limanlarında təyyarələrin uçuşunun dörd saat müddətinə qadağan edilməsinə səbəb Federal Aviasiya Administrasiyasının (FAA) obyektlərindən birində mis kabellərin...

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentina Respublikasının Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş...

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

13 Noyabr 2026 - 22:34

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb. "Türkiyə Respublikası...

Next Post

Biləsuvar rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il tədbirləri

Biləsuvar rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il tədbirləri

Son xəbərlər

Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təlim proqramı təşkil olunub

Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təlim proqramı təşkil olunub

16 Noyabr 2026 - 12:49
Neftçalada itkin düşən kişinin meyiti kanalda tapılıb

Neftçalada itkin düşən kişinin meyiti kanalda tapılıb

16 Noyabr 2026 - 12:29
Modriç Messi ilə eyni göstəriciyə çatdı

Modriç Messi ilə eyni göstəriciyə çatdı

16 Noyabr 2026 - 12:16
2027-ci ildə dövlət büdcəsinin yerli xərcləri 735,6 mln. manat olacaq

2027-ci ildə dövlət büdcəsinin yerli xərcləri 735,6 mln. manat olacaq

16 Noyabr 2026 - 12:09
İordaniyada “Telegram” bloklanıb

İordaniyada “Telegram” bloklanıb

16 Noyabr 2026 - 12:00
İctimai birlik və fond yalnız bir növ yaradıla biləcək

İctimai birlik və fond yalnız bir növ yaradıla biləcək

16 Noyabr 2026 - 11:47
Milli Məclisin gündəliyinə daha bir məsələ daxil edilib

Milli Məclisin gündəliyinə daha bir məsələ daxil edilib

16 Noyabr 2026 - 11:42
Azad edilmiş ərazilərdə daha 185 mina, 1343 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 185 mina, 1343 PHS aşkarlanıb

16 Noyabr 2026 - 11:37
Milli Məclisdə 2027-ci il dövlət büdcəsi müzakirəyə çıxarılıb

Milli Məclisdə 2027-ci il dövlət büdcəsi müzakirəyə çıxarılıb

16 Noyabr 2026 - 11:25
Aİ “Wildberries”in təsisçisini sanksiyalar siyahısına salmağı planlaşdırır

Aİ “Wildberries”in təsisçisini sanksiyalar siyahısına salmağı planlaşdırır

16 Noyabr 2026 - 11:20
Milli Məclisin iclası başlayıb, büdcə zərfi müzakirə olunacaq

Milli Məclisin iclası başlayıb, büdcə zərfi müzakirə olunacaq

16 Noyabr 2026 - 11:15
Azərbaycanla Argentina arasında hüquqi sahədə əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Argentina arasında hüquqi sahədə əməkdaşlıq müzakirə olunub

16 Noyabr 2026 - 11:11
Futbol üzrə Azərbaycan millisi bu gün Andorra ilə yoldaşlıq görüşünə çıxır

Futbol üzrə Azərbaycan millisi bu gün Andorra ilə yoldaşlıq görüşünə çıxır

16 Noyabr 2026 - 10:59
Konqoda Ebola epidemiyasından ölənlərin sayı 5,5 mini keçib

Konqoda Ebola epidemiyasından ölənlərin sayı 5,5 mini keçib

16 Noyabr 2026 - 10:48
Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi açıqlanıb

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi açıqlanıb

16 Noyabr 2026 - 10:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.