Tbilisidən 30 kilometr aralıda yerləşən Muxrovani kəndi yaxınlığında xüsusi əməliyyat qüvvələri üçün yeni hərbi baza tikiləcək.
Elchi.az “Armenpress”-ə istinadən xəbər verir ki, bu barədə “Sputnik” agentliyinin Gürcüstan xidməti məlumat yayıb.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, hərbi baza beynəlxalq standartlara cavab verəcək və 70 milyon lariyə başa gələcək. Tikinti bir neçə mərhələdən keçəcək. Birinci mərhələdə hakimiyyət qərargah binası, kazarma, hərbi hospital, avtodayanacaq və müxtəlif yardımçı tikililər tikməyi planlaşdırır. İkinci mərhələ təlim, təhsil, idman zonalarının və istirahət zonalarının yaradılmasını nəzərdə tutur. Cəmi iki il ərzində 24 yeni binanın tikintisi, 3 köhnə binanın təmiri nəzərdə tutulub. Bundan əvvəl bazanın tikintisi nəzərdə tutulan ərazidə ayrıca tank batalyonu yerləşdirilmişdi.
Yeganə