Gürcüstanda təlimlər zamanı iki amerikalı əsgər yaralanıb və xəstəxanaya yerləşdirilib.
Elchi.az “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, bu faktı ölkənin Müdafiə Nazirliyi təsdiqləyib.
Hadisə dünən, avqustun 1-də Krtsanisidəki NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) ərazisində baş verib. Mövcud məlumata görə, əsgərlərin olduğu avtomobil aşıb.
Birinci Kanalın məlumatına görə, zərərçəkənlər Tbilisidəki Mediclub klinikasına aparılıb. Orada jurnalistlərə bildiriblər ki, əsgərlərin ciddi xəsarətləri yoxdur və həyatları üçün təhlükə yoxdur.
Krtsanisi poliqonunda hazırda çoxmillətli “Agile Spirit” hərbi təlimi keçirilir. Gürcü və Amerika əsgərləri ilə yanaşı, NATO-ya üzv və tərəfdaş olan doqquz ölkənin əsgərləri də iştirak edir.
Təlimlərin məqsədi döyüş hazırlığının artırılması, iştirakçı ölkələrin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətinin və əməliyyat imkanlarının təkmilləşdirilməsidir.
Yeganə


















