Gürcüstanda albinos qaranquş tapıldı

181
SHARES
317
VIEWS

>

Bunu da oxuyun

Gürcüstanın Qardabani rayonunun Krtsanisi kəndində nadir qaranquş tapılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, kənd sakinlərindən birinin evinin divarında yuvada tamamilə ağ rəngdə olan qaranquş diqqəti cəlb edib. Yuvada olan iki qaranquşdan biri adi, digəri isə albinos qaranquşdur.

Qeyd edək ki, qaranquşlar arasında albinizmə olduqca nadir hallarda rast gəlinir. Albinos qaranquşlar adi qaranquşlardan daha zəif olur. Onların günorta saatlarında görmə qabiliyyəti zəifləyir. Rəng fərqinə görə albinos qaranquşlar adi qaranquşlar tərəfindən çox vaxt qəbul olunmur.

Bənzər yazılar

Next Post

Son xəbərlər