"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Gürcüstanda 14 yaşlı qızı qaçırmaq istəyən 21 yaşlı azərbaycanlı öldürülüb

06 Oktyabr 2014 - 13:24
in HADİSƏ
FacebookVatsap
Qaraçöpün (Saqareco rayonu) azərbaycanlıların kompakt yaşadığı Qazılar kəndində 21 yaşlı gənc öldürülüb.img1461410
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Qazılar kənd sakini Ülfüqar Quliyev bir ailənin üzvləri tərəfindən döyülüb və hadisə yerində ölüb.
Gürcüstan Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, faktla bağlı Gürcüstan CM-nin 108-ci maddəsinə əsasən qəsdən adam öldürmə faktı ilə cinayət işi qaldırılıb: “Hazırda qızın atası, 1972-ci il təvəllüdlü Novruz Kərimov saxlanılıb. İstintaq müəyyən edib ki, öldürülən 21 yaşlı Ülfüqar Quliyev gecə gizlincə həddi-buluğa yetməyən qızı evlənmək üçün qaçırmaq istəyi ilə Novruz Kərimovun evinə gəlib. Nəticədə o, möhkəm döyülüb və xəstəxanaya aparılarkən aldığı ciddi xəsarətlərdən dünyasını dəyişib. Gəncin ölümündən bir neçə dəqiqə sonra Kaxeti bölgəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan Novruz Kərimov günahını boynuna alıb”.
Gürcüstan mətbuatının məlumatına görə, ölüm hadisəsi iki gəncin bir-birinə sevgisinin faciə ilə bitməsinə səbəb olub: “Qazılar kəndinin gənc sakinləri bir-birini seviblər. Lakin qızın atası bu sevgiyə mane olub. Qız oğlana mesaj yazıb ki, gəl məni apar. Oğlan gecə radələrində sevdiyi qızın evinin qarşısına gəlib və maşınında onu gözləyib. Atasının evdə olmamasından istifadə edən qız tez gələrək oğlanın maşınına minib. Onlar maşını işə salan anda qızın atası onları görüb və balta ilə maşının şüşələrini sındırıb. Daha sonra oğlanı ailə üzvləri ilə birlikdə saxlayıb, əl-qolunu və ayağını bağlayaraq evə gətiriblər. Sonra oğlanı qızın ata-anası və iki qardaşı möhkəm döyüblər. Gecə yarısından səhər saat 5:00-dək döyülən oğlan ona verilən işgəncələrdən ölüb”.
Hadisənin Qazılar kəndində baş verdiyini adının çəkilməyini istəməyən sakin də təsdiqləyib. Lakin o, APA-ya açıqlamasında hadisənin Gürcüstan mətbuatında yazıldığı kimi olmadığını deyib: “Hadisə oktyabrın 3-dən 4-nə keçən gecə baş verib. Qaçırılan qızın – Nərgizin heç telefonu olmayıb və o, oğlana mesaj da yazmayıb. Amma Ülfüqar Quliyevin ailəsi 7-8 dəfə Nərgiz üçün elçi gəlib. Qızın atası Novruz Kərimov qızının azyaşlı olduğunu deyərək, elçilərə razılıq verməyib. Bundan sonra Ülfüqar Quliyev və onun adamları oktyabrın 3-dən 4-nə keçən gecə saat 2.00 radələrində Novruz Kərimovun evinə giriblər. Onlar qapıbir qoşudur. Gecə Novruz Kərimov yatan otağın qapısını arxadan bağladıqdan sonra 14 yaşlı Nərgizi yatağından götürüb maşına gətiriblər və qız ayılaraq qışqırıb. Səsə ata-anası və qardaşları oyanıb. Novruz Kərimov arxadan bağlanan qapını güclə açaraq maşına tərəf qaçıb. Bu vaxt maşın işə düşməyib. Kərimov əlinə gecə vaxtı nə keçibsə, maşına atıb və maşında olanlar qaçıblar. Yalnız Nərgizi qaçırmaq istəyən oğlan – Ülfüqar Quliyev qalıb. Novruz Kərimov daşla və yaxud başqa bir şeylə onun qulağının dibinə vurub. Oğlan özündən gedib. Onu tutub əl-qolunu bağladıqdan sonra evə gətiriblər. Sonra Novruz Kərimov təcili yardıma və polisə zəng vurub, özü isə polisə təslim olub. Xəstəxanaya aparılarkən yolda oğlan ölüb”.
Qaçırılan qızın dayısı Qafqaz Kərimov APA-ya açıqlamasında hadisə barədə ətraflı məlumat verib: “Nərgiz mənim bacım qızıdır, 14 yaşı var. 3-cü sinfə qədər məktəbə gedib, lakin sonra oxumayıb. Onun telefonu da olmayıb. Hara gedibsə, anası ilə gedib. Biz tərəflər – Qaraçöp eli çöl adamıyıq, mal-qara saxlayırıq. Bizdə qızlar böyüyən kimi məktəbə getmirlər. Hadisə ilə bağlı bildirim ki, 5-6 ay bundan əvvəl Ülfüqar Quliyevin anası Nərgizə elçi düşüb. Lakin qızın ailəsinin razılığı olmayıb. Bu yaxınlarda qıza başqa bir oğlanın ailəsi elçi gəlib. Ülfüqar bunu eşidəndə elə hesab edib ki, Nərgizi həmin oğlana verəcəklər. Buna görə də plan qurublar ki, qızı qaçırsınlar. Ülfüqarla birlikdə 5 oğlan Novruz Kərimovun evinin giriş-çıxışını və kimin hansı otaqda yatdığını dəqiq öyrəndikdən sonra gecə bacımın evinə gəliblər. Maşını bir tərəfdə saxlayaraq, divardan aşmaqla darvazanı açıblar. Sonra işıqları söndürüblər. Qızı qaçıran gənclərdə məlumat olub ki, qızın atası həmin gün evdə olmayacaq. Lakin Novruz Kərimov axşam evə qayıdıb və yatıb. Bunu bilməyən gənclər Nərgizin yatdığı otağa girib, onun ağzını tutub və yorğana bükərək maşına gətiriblər. Nərgiz bir dəfə qışqıra bilib. Ata-ana və 15-16 yaşlı iki qardaşı yuxudan oyanaraq Nərgizə köməyə qaçıblar. Ana maşının qarşısına keçib ki, sürüb qaçmasınlar. Ata qızı qaçırmaq istəyən Ülfüqarı tutub, maşında olan 5 nəfərdən üçü qaçıb. Novruz oğlanları ilə birgə Ülfüqarı evə gətirib və evdə döyüb. Sonra təcili yardıma və polisə zəng vurub. Bildiyimə görə, Ülfüqar Quliyev təcili yardımla xəstəxanaya yola salınanda sağ olub. Mən bundan başqa heç nə bilmirəm”.

 

Bunu da oxuyun

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

Bu il hərbi xidmətə çağırışla bağlı 8 cinayət işinin istintaqı aparılıb

Previous Post

Gürcüstanda 14 yaşlı qızı qaçırmaq istəyən 21 yaşlı azərbaycanlı öldürülüb

Next Post

74 İŞİD-çini öldürən kürd qadının başına pul qoyuldu

Bənzər yazılar

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57

Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandırmaqda təqsirləndirilən şəxslər həbs edilib. Elchi.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları...

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

12 Oktyabr 2026 - 13:55

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların...

Bu il hərbi xidmətə çağırışla bağlı 8 cinayət işinin istintaqı aparılıb

Bu il hərbi xidmətə çağırışla bağlı 8 cinayət işinin istintaqı aparılıb

12 Oktyabr 2026 - 11:40

Hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə...

Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb

12 Oktyabr 2026 - 10:12

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (05.10.2026-11.10.2026) məlumat açıqlanıb. Azərbaycan Respublikasının...

Next Post

74 İŞİD-çini öldürən kürd qadının başına pul qoyuldu

74 İŞİD-çini öldürən kürd qadının başına pul qoyuldu

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.