Gürcüstan Türkiyədən NATO standartlı yeni zirehli transportyorlar alacaq.
Elchi.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Gürcüstan Müdafiə Nazirliyi ilə Türkiyənin Milli Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən ASFAT arasında müqavilə imzalanıb və bu müqavilə əsasında Gürcüstana yeni zirehli transportyorlar gətiriləcək”, – məlumatda deyilir.
Qeyd edək ki, ABŞ Gürcüstana Rusiyadan gələcək potensial təhlükələrə qarşı müdafiə qabiliyyətini gücləndirmək üçün 35 milyon dollar verəcək. 2022-ci ilin əvvəlindən isə Gürcüstan ABŞ-dan “Javelin” tank əleyhinə sistemlərin yeni partiyasını alıb. Sentyabrda ABŞ Gürcüstana 11,5 milyon dollarlıq hərbi yardım köçürüb.
Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub
Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...





















Son şərhlər