Strategiya Aqmaşenebeli partiyasının lideri bildirib ki, buna əvvəlki gündən daha çox insan çıxacaq.
Elchi.az xəvər verir ki, Gürcüstan müxalifəti çərşənbə günü, martın 8-də Tbilisidə növbəti etiraz aksiyası keçirməyi planlaşdırır. Bu barədə Strategiya Aqmaşenebeli partiyasının lideri Giorgi Vaşadze bildirib.
“Bir neçə saatdan sonra parlamentin qarşısındakı meydana mitinq üçün dünənkindən daha çox insan toplaşacaq”, – deyə siyasətçi jurnalistlərə bildirib.
Vaşadzenin sözlərinə görə, xüsusi təyinatlılar və polis çərşənbə axşamı, martın 7-də keçirilən dinc mitinq iştirakçılarına qarşı “qeyri-mütənasib güc” tətbiq edərək bir çox fəalı, o cümlədən müxalif Girçi partiyasının lideri Zurab Caparidzeni saxlayıb. Onun fikrincə, dünya ictimaiyyəti Gürcüstan hakimiyyətini dinc nümayişi dağıtmaqda şübhəsiz ki, qınayacaq.
Şayəstə