Ticarət naziri Muş Gürbulak Gömrük Qapısında keçirilən əməliyyat zamanı İrandan Avstriyaya tranzit keçən yük maşınında ümumilikdə 305 kiloqram narkotik, 285 kiloqram heroinin ələ keçirildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Bu barədə ticarət naziri Mehmet Muş sosial media hesabında məlumat verib.
Ticarət Nazirliyinə bağlı Gömrük Mühafizə qrupları Gürbulak Gömrük Qapısında zəhər ticarəti edənlərə qarşı əməliyyat keçirib.
Əməliyyatda İrandan Avstriyaya tranzit keçən yük maşınında 285 kiloqramı heroin olmaqla, ümumilikdə 305 kiloqram narkotik maddə ələ keçirilib.
Nazir Muş mesajında “Bu uğurlu əməliyyatda əməyi olan bütün personalımızı təbrik edirəm” dedi.
Şayəstə