"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Günün ikinci ən güclü “zəlzələsi” baş verdi: siyasi silkələnmə – Video

07 Dekabr 2023 - 19:59
in SİYASƏT
FacebookVatsap

Prezident İlham Əliyevin bu gün verdiyi sərəncamla 2024-cü ilin 7 fevralına növbədənkənar prezident seçkisi təyin etməsi əslində günün ikinci və daha ciddi “zəlzələsidir”.
Azərbaycanda son prezident seçkiləri 2018-ci ilin 11 aprelində baş tutmuşdu. Həmin vaxt da prezident seçkiləri növbədənkənar idi. Belə ki, seçkilər 2018-ci ilin oktyabrında keçirilməli idi, ancaq Prezidentin 5 fevralda imzaladığı sərəncamla seçkilər 6 ay qabağa çəkildi.
Bu, ölkəmizdə vaxtından əvvəl – növbədənkənar keçirilən ilk seçki kimi tarixə düşmüşdü.
11 aprel 2018-ci ildə Prezident İlham Əliyev seçkilərdə qalib gəlmişdi. Konstitusiya dəyişikliyi ilə prezidentlik müddəti 7 ilə qaldırıldığından, növbəti prezident seçkiləri 2025-ci ilin aprelində olmalı idi.
Prezidentin bugünkü sərəncamı ilə isə seçkilər 1 il 2 ay müddətinə qabağa çəkildi.
Əslində, bu ilin ikinci yarısından başlayaraq, 2024-cü ildə növbədənkənar seçkilərin keçiriləcəyi haqda məlumat yayılmışdı. Millət vəkili Erkin Qədirli 2024-cü ildə MSK-ya ayrılan vəsaitin birdən-birə artırılmasını əsas gətirərək, bunun mütləq şəkildə seçki ilə bağlı olacağını bildirmişdi. Ancaq bütün gözləntilər növbədənkənar parlament seçkiləri ilə bağlı idi. Belə ki, növbədənkənar parlament seçkiləri ilə İkinci Qarabağ müharibəsindən, xüsusilə 2023-cü il 19-20 sentyabr antiterror tədbirlərindən sonra tam şəkildə bütün ərazisi üzərində suverenliyini bərpa edən Azərbaycanın yeni dövrün tələbinə uyğun parlament formalaşdırmağa qərar verəcəyi gözlənilirdi.
Ancaq proqnozlara zidd olaraq, prezident seçkilərin qabağa çəkildi.
Səbəblər nə ola bilər?
İlk ehtimal Prezident İlham Əliyevin hazırda siyasi rəqib tanımadan, populyarlığının ən yüksək zirvəsində olmasından istifadə istəyidir.
Dünyada elə bir lider yoxdur ki, hakimiyyətinin 20-ci ilində ilk seçildiyi vaxtdan daha yuxarı reytinqə malik olsun. Bütün prezidentlər və siyasi liderlərin hakimiyyətləri ərzində reytinq itirməsi normal sayılır. Ancaq 2003-cü ildə 76,8 faiz səslə qalib gələn Prezident İlham Əliyevin hazırda reytinqi 97-98 faiz civarındadır. Hətta Avropanın “ən qısqanc” sorğu mərkəzləri belə İlham Əliyevin reytinqinin 92 faizdən çox olduğunu etiraf edir.
Bu, xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki böyük zəfər, bunun ardınca baş verən proseslər və nəhayət, 2023-cü ilin sentyabrında Qarabağ problemini tam və qəti şəkildə tarixin arxivinə göndərən antiterror tədbirləri, Qarabağda misli görünməmiş tikinti-quruculuq işləri ilə birbaşa bağlıdır.
Ancaq İlham Əliyevin hətta 2025-ci ildə də seçkilərdə qalib gələcəyinə heç bir şübhə yox idi.
Buna görə də ikinci ehtimal ortaya çıxır: İlham Əliyev 2024-cü ilə – yeni dövrə daha qətiyyətli və müqavimətli başlamaq iradəsini ortaya qoyur və bu, heç də daxili auditoriya üçün deyil.
2021-ci ildə Avropa rəsmiləri ilə görüşən erməni diaspor başçıları açıq şəkildə elan etmişdilər ki, Avropa/Qərb hazırda İlham Əliyevin iradəsinə təsir etməyin mümkünsüz olduğunu etiraf edirlər. Bunun səbəbini isə İlham Əliyevin xalqın 98 faizinin tam dəstəyini alması ilə əsaslandırırlar. Həmin vaxt avropalı rəsmilər erməni diaspor nümayəndələrinə İlham Əliyevin reytinqinin heç olmasa 90 faizin altına salınmasının vacib olduğunu bildirmiş və bu istiqamətdə çalışmalar aparılmasını tövsiyə etmişdilər. Ki bəlkə o zaman İlham Əliyevlə danışıqlarda nəyəsə nail olmaq mümkün ola bilər.
İlham Əliyev 2024-cü il 7 fevralda xalqdan misilsiz dəstək almaqla, bu gözləntilərin üstündən xətt çəkmək, xalqın tam halda arxasına aldığını Qərbə göstərmək və mümkün təzyiq ehtimallarını sıradan çıxararaq, Azərbaycanın milli hədəfləri istiqamətdində strategiyasının növbəti mərhələsinə inamla başlamaq istəyir.
Üçüncü ehtimal 2025-ci il seçkilərinin yaxınlaşması ilə Qərbin ölkəmizdə aktivləşməsi, elə məhz həmin erməni diasporu ilə birgə daxildə bəzi qüvvələri fəallaşdırması, təxribat-təşviqat prosesini gücləndirməklə hakimiyyətin imkanlarını daxilə yönəltməsinin qarşısını almaqdır.
Bu gün verilən sərəncamla artıq prezident seçkisinə start verilmiş olur. O qədər qısa zaman tanınıb ki, bu zaman çərçivəsində xarici qüvvələrin müdaxilə üçün hazırlığa vaxtı belə qalmır. Beləliklə, Azərbaycan qısa müddətdə seçkini başa vuraraq, xarici mümkün təsirləri neytrallaşdırır.
Dördüncü səbəb isə böyük struktur və kadr islahatları üçün xalqdan növbəti mandat almaqdır. Xalqın böyük əksəriyyətinin (bu seçkilərdə İlham Əliyevin ən azı 95 faiz civarında səs alacağı şübhəsizdir) səsini aldıqdan sonra Nazirlər Kabinetinin formalaşması başlayacaq, bunun ardınca isə yeni idarəetmə formasının tətbiqi istiqamətində addımlar atılacaq.
Qarabağ iqtisadi rayonunda və Naxçıvanda tətbiq edilən yeni idarəetmə formasının – prezident nümayəndəliyinin – digər bölgələrimizə də yayılması ehtimalı çox yüksəkdir və Prezident İlham Əliyev ötən gün ADA Universitetində buna bir daha eyham vurdu.

Bunu da oxuyun

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək

 

Previous Post

Günün ikinci ən güclü “zəlzələsi” baş verdi: siyasi silkələnmə – Video

Next Post

HƏMAS üç gün ərzində İsrailin 79 hərbi texnikasını məhv etdiyini iddia edir

Bənzər yazılar

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07

Oktyabrın 28-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli...

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29 Oktyabr 2026 - 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət, Toledo əyalətində...

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək

29 Oktyabr 2026 - 17:24

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək. Elchi.az-ın xəbərinə görə, bu barədə qanun layihəsi bu...

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

29 Oktyabr 2026 - 14:13

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici...

Next Post
HƏMAS üç gün ərzində İsrailin 79 hərbi texnikasını məhv etdiyini iddia edir

HƏMAS üç gün ərzində İsrailin 79 hərbi texnikasını məhv etdiyini iddia edir

HƏMAS üç gün ərzində İsrailin 79 hərbi texnikasını məhv etdiyini iddia edir

HƏMAS üç gün ərzində İsrailin 79 hərbi texnikasını məhv etdiyini iddia edir

Son xəbərlər

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

29 Oktyabr 2026 - 21:07
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21
IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

29 Oktyabr 2026 - 20:18
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

29 Oktyabr 2026 - 19:49
Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

29 Oktyabr 2026 - 19:29
Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07
“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

29 Oktyabr 2026 - 19:00
Sabah Masallının bu kəndlərində qaz olmayacaq

Sabah Masallının bu kəndlərində qaz olmayacaq

29 Oktyabr 2026 - 18:45
“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

29 Oktyabr 2026 - 18:39
Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

29 Oktyabr 2026 - 18:25
Azərbaycanın xurma ixracından gəliri azalıb

Azərbaycanın xurma ixracından gəliri azalıb

29 Oktyabr 2026 - 18:14
ABŞ və Yaponiya “F-35” üçün raket istehsalı barədə razılığa gəlib

ABŞ və Yaponiya “F-35” üçün raket istehsalı barədə razılığa gəlib

29 Oktyabr 2026 - 18:05
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.