Günün 2-ci əsgər ölümü xəbəri...

🗓 19.08.2014 12:09 ✍️ "Elçi" qəzeti
Ötən gün Azərbaycanda daha bir əsgər dünyasını dəyişib. "Qafqazinfo" anspress-ə istinadən xəbər77367 verir ki, hadisə axşam saat 20:10 radələrində Nabranda baş verib. 

Belə ki, “Batabat” istirahət mərkəzi ərazisindəki çimərlikdə çimən 1996-cı il təvəlüldlü Əliağa Gəray oğlu Əliyev dənizdə çimərkən batıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onun meyidi batdığı yerdən təxminən 3 kilometr aralıqda tapılıb.

Qeyd edək ki, Əliağa Əliyev Quba rayon sakinidir. O, Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edirdi. Qulluq etdiyi həqiqi hərbi xidmətdən 5 günlük məzuniyyətə gəlmişdi.

Fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən bölgə müxbirinə təsdiqlənib.

Bənzər yazılar