Son iki gün ərzində Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda yaşayan onlarla milli-mədəni fəal təhlükəsizlik idarələrinə çağırılıb.
Elchi.az xəbər verir ki, bu barədə fəalların yaxınları məlumat yayıblar.
Məlumata görə, Təbriz, Ərdəbil, Urmiya, Xiyav, Marağa, Tehran və başqa şəhərlərin təhlükəsizlik məmurları fəallara zəng edərək onlardan bir sıra sualları cavablandırmaq üçün idarələrə gəlmələrini tələb ediblər.
Həbs həyatı yaşamış, hazırda isə azadlıqda olan milli fəalların bir çoxunun bu çağırışı qanunsuz adlandıraraq idarələrə getməkdən imtina etdiyi bildirilir.
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır
“Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına...





















Son şərhlər