ABŞ alimləri Günəşin səthinin indiyə qədər qeydə alınmış ən detallı şəklini əldə ediblər. Havayda nəhəng teleskopla çəkilmiş görüntülər Günəşdə indiyədək heç vaxt görülməmiş maqnit “zolaqları” aşkar edib.
Elchi.az xəbər verir ki, ABŞ Milli Elm Fondunun Günəş Rəsədxanasının (NSO) Havay adalarında yerləşən Daniel K. Inouye Günəş Teleskopundan istifadə edən tədqiqatçıları Günəşin səthində cəmi 20 kilometr enində nazik parlaq və tünd zolaqlar aşkar ediblər.
Zolaqlar qranullar adlanan isti qaz hüceyrələrinin kənarlarında əmələ gəlir. Maqnit sahələrindəki nazik, pərdəyə bənzər dalğalanmalar səbəbindən işıq Günəşin səthində zolaq nümunəsi əmələ gətirir. Parlaq sahələr daha güclü maqnit sahələrini, qaranlıq sahələr isə daha zəif olanları təmsil edir.
Şayəstə Hüseynova


















