"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

“Güləşçilərə maaş vermək öhdəliyimiz yoxdur” – Federasiyadan bəyanat

01 Avqust 2017 - 13:24
in İDMAN
FacebookVatsap

Bunu da oxuyun

“Qarabağ”da ciddi itki: Elvin Cəfərquliyev 2 həftə komandadan kənarda qalacaq

Ronaldo karyerasını bitirdikdən sonrakı planlarını açıqladı

Ronaldo karyerasını bitirdikdən sonrakı planlarını açıqladı

Azərbaycan Güləş Federasiyası son günlər ölkə mətbuatında Federasiyanın fəaliyyəti, o cümlədən milli komandanın üzvlərinin üzləşdiyi çətinliklərlə bağlı dərc edilən məlumatlarla əlaqədar bəyanat yayıb.

Qol.az-ın məlumatına görə, bəyanatda deyilir ki, federasiya maaş almadıqlarını iddia edən idmançıların ittihamlarını qəbul etmir. Federasiyanın sponsor təşkilatların ayırdığı maliyyə ilə fəaliyyət göstərdiyi qeyd edilib:

“Məlum olduğu kimi, ölkəmizdə idman sahəsi, o cümlədən idmançılarımız dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunub, ayrı-ayrı idman növlərinin inkişafı, maddi-texniki bazasının təşkmilləşdirilməsi və milli idmançılarımızın yetişdirilməsi sahəsində mütəmadi olaraq çoxsaylı işlər görülür. Bu idman növləri arasında Azərbaycanda qadim ənənələrə, formalaşmış məktəbə malik güləş xüsusi yer tutur. Ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqət yetirməsi, Azərbaycan Güləş Federasiyasının yaradılması, bu idman növünün inkişaf etdirilməsi, ölkəmizin güləş üzrə yığma komandalarının formalaşdırılması, maddi-texniki bazanın yaradılması, milli güləşçilərimizin yetişdirilməsi istiqamətində Federasiyanın həyata keçirdiyi işlər nəticəsində bu gün Azərbaycan dünyada bu idman növü üzrə öz sözünü deyən, bu sahədə liderlər sırasında yer alan bir ölkəyə çevrilib. Son 10 il ərzində Azərbaycan güləşçiləri qatıldıqları bütün beynəlxalq yarışlarda, o cümlədən Olimpiya Oyunlarında, Avropa və Dünya Çempionatlarında daim yüksək nəticələr göstəriblər. Azərbaycanın müstəqillik dövründə iştirak etdiyi Olimpiya Oyunlarında qazandığı 44 medaldan 23-ü məhz güləş yığmalarının payına düşür. Son 3 Olimpiya Oyunlarında güləşçilərimiz 20 medal əldə ediblər. Şübhəsiz ki, bütün bu uğurlar bir tərəfdən dövlət rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının, digər tərəfdən milli komandanın üzvlərinin və Federasiyanın birgə əməyi və zəhməti hesabına başa gəlib.

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Azərbaycan Güləş Federasiyası ictimai birlik statusu daşıyır və öz fəaliyyətini məhz “İctimai birliklər haqqında” Qanunun tələbləri əsasında qurur. Federasiyanın vəzifəsi güləş idman növünün inkişafına dəstək vermək, ölkə yığma komandalarının heyətini formalaşdırmaq, onların ölkədaxili və beynəlxalq yarışlarda iştirakını təşkil etmək, ölkəmizin beynəlxalq arenalarda layiqincə təmsil etməsinə şərait yaratmaqdır. Federasiya öz fəaliyyətini dövlət maliyyəsi ilə deyil, sponsor təşkilatların ayırdığı maliyyə ilə tənzimləyir. Federasiyaların sponsorların hesabına fəaliyyət göstərməsi qəbul edilmiş və geniş tətbiq edilən praktikadır. Bu baxımdan Federasiyaların maliyyə durumu bir çox hallarda məhz sponsorların maliyyə vəsaitlərindən asılı olur və bəzən müəyyən çətinliklərin yaranması, maliyyələşmənin azalması təbii və anlaşılan haldır və şübhəsiz ki, müvəqqəti xarakter daşıyır.

İdmançılarla bağlı yaranmış vəziyyətə aydınlıq gətirərək bildiririk ki, ictimai birlik olaraq Azərbaycan Güləş Federasiyasının idmançılara maaş vermək kimi bir öhdəliyi yoxdur. Sponsorlar tərəfindən maliyyə ayrıldığı zaman Federasiya rəhbərliyinin təşəbbüsü ilə idmançıların əldə etdiyi nəticələrə uyğun olaraq yığma komandanın üzvlərinə maddi yardımlar verilib. Belə yardımların verilməsi idmançıların ailə, məişət problemlərinin həllində onlara dəstək vermək məqsədi daşıyıb.

Eyni zamanda bildiririk ki, yığma komandanın üzvləri Avropa və Dünya Çempionatlarında eləcə də Olimpiya Oyunlarında əldə etdikləri nəticələrə görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq həm Milli Olimpiya Komitəsi, həm də Gənclər və İdman nazirliyi tərəfindən mükafatlandırılır. Eyni zamanda məlumat üçün bildirmək istəyirik ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları və paytaxtımızda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qazanılan nailiyyətlərə görə mükafatlar da hər bir idmançıya ödənilib.

Təlim-məşq toplantıları ilə bağlı məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan Güləş Federasiyası ictimai birlik kimi bu sahədə fəaliyyətini müvafiq strukturlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirir. Yığma komandaların təlim-məşq toplantıları, idmançıların vitaminlə təmin olunması, sağlamlıqlarına nəzarət və digər məsələlər məhz aidiyyatı qurumlarla birlikdə həll olunur. Bir sıra texniki çətinliklərin mövcudluğunu inkar etmirik, lakin bunlar həll olunan məsələlərdir və tezliklə aradan qaldırılacaq.

Azərbaycan Güləş Federasiyası idmançıların narahatlığını anlayır, təbii qəbul edir və üzərinə düşən öhdəliklər çərçivəsində mövcud çətinliklərin tezliklə aradan qalxacağını bildirir, ölkəmiz üçün hər birinin ayrıca dəyəri və yeri olan güləşçilərimizi səbrli olmağa dəvət edir. Yaranmış kiçik narahatlıqları böyütməyə, əldə olunan naliyyətlərə kölgə salmağa çalışanlara isə bildiririk ki, idman çirkli oyunların yeri deyil. Bu vətən hamımızındır və onun adının, bayrağının və nüfuzunun yüksəldilməsi üçün həm güləşçilərimiz, həm də Federasiya rəhbərliyi indiyədək əlindən gələni edib və yenə də edəcəkdir”.

Previous Post

“Güləşçilərə maaş vermək öhdəliyimiz yoxdur” – Federasiyadan bəyanat

Next Post

Bakıda qızı zorla maşına mindirib apardılar

Bənzər yazılar

“Qarabağ”da ciddi itki: Elvin Cəfərquliyev 2 həftə komandadan kənarda qalacaq

“Qarabağ”da ciddi itki: Elvin Cəfərquliyev 2 həftə komandadan kənarda qalacaq

17 Avqust 2026 - 16:43

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev”lə keçirilən cavab oyunda zədələnib. Bu barədə Elchi.az-a klubdan...

Ronaldo karyerasını bitirdikdən sonrakı planlarını açıqladı

Ronaldo karyerasını bitirdikdən sonrakı planlarını açıqladı

17 Avqust 2026 - 16:41

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonrakı planlarını açıqlayıb. Elchi.az xəbər verir ki, 41 yaşlı futbolçu...

Ronaldo karyerasını bitirdikdən sonrakı planlarını açıqladı

Ronaldo karyerasını bitirdikdən sonrakı planlarını açıqladı

17 Avqust 2026 - 16:26

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonrakı planlarını açıqlayıb. Elchi.az xəbər verir ki, 41 yaşlı...

Bu gün “Qarabağ”ın matçı var

Bu gün “Qarabağ”ın matçı var

17 Avqust 2026 - 14:44

Misli Premyer Liqasının I turuna bu gün yekun vurulur. Elchi.az-ın məlumatına görə, "Qarabağ" doğma meydanda "Şamaxı"nı sınağa çəkəcək. Matç saat...

Next Post

Bakıda qızı zorla maşına mindirib apardılar

Meteohəssas insanlar diqqətli olsun!

Son xəbərlər

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25
ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22
Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

17 Avqust 2026 - 21:21
Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

17 Avqust 2026 - 19:29
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

17 Avqust 2026 - 19:16
Şəmkirdə ağır qəza: dörd nəfər öldü

Şəmkirdə ağır qəza: dörd nəfər öldü

17 Avqust 2026 - 19:08
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

17 Avqust 2026 - 18:50
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

17 Avqust 2026 - 18:32
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

17 Avqust 2026 - 18:18
Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

17 Avqust 2026 - 18:05
Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

17 Avqust 2026 - 17:59
Samuxda bir nəfər kanalda batıb

Samuxda bir nəfər kanalda batıb

17 Avqust 2026 - 17:56
Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 30%-dən çox artıb

17 Avqust 2026 - 17:53
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

17 Avqust 2026 - 17:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.