"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Gülər Əhmədova: “Bu, dəhşətdir”

22 Sentyabr 2015 - 21:19
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Gülər Əhmədova:
“Avropa dəyərləri gənclərimizi intihara sürükləyir”
Gündəlik həyatımızda qarşılaşdığımız xəyanətlər, yalanlar, qayğılar, anlaşılmaz və soyuq münasibətlər, bir-birinə inamın itməsi müxtəlif şəkildə insanlara psixoloji təsir göstərir, depressiya hallarına səbəb olur və nəhayətdə intiharla nəticələnir.
Son bir həftədə 3 yeniyetmənin intihar etməsi xəbəri isə ölkədə böyük rezonans doğurub. Səbəbi nə olursa olsun 12-14 yaşlı yeniyetmələrin özünü öldürməsi dəhşətli faktlardır. Qəribədər ki, son günlər sanki ölkədə intihar “dəbi” yaranıb.
Bəlkə də özümüz də bilmədən bu “dəb”in yaranmasında çaba göstəririk…
Sabiq millət vəkili, psixologiya elmləri namizədi Gülər Əhmədova Modern.az saytına deyib ki, intihar sosial problemdir və bu məsələ yalnız  dövlət səviyyəsində həll olunmur:
“İntihar birbaşa cəmiyyətin ümumi problemidir. Bu problemin müəyyən qədər aradan qaldırılması üçün hansısa layihələr işlənib hazırlana bilər. Bütövlükdə isə problemin həlli çoxşaxəlidir. İntihar milli və ya dövləti problem deyil. Dünya statistikasına nəzər saldıqda 12-17 yaşlı yeniyetmələr arasında baş verən intiharların böyük əksəriyyətinin Rusiyada qeydə alındığını görürük. Eyni zamanda yeniyetmələrin intiharına görə Yaponiya, Cənubi Koreya öncül yerlərdən birini tutur. Amma bu məsələ bizim üçün də problemə çevrilməkdədir”.
 
“Evlərdə Məhəmməd baba yox, “internet baba” nəsihət verir”
G.Əhmədova hesab edir ki, məsələyə kompleks yanaşılmalıdır:
“Məsələnin bir çox tərəfləri var. Həm internet, həm də televiziya ekranlarında aqressiya, zorakılıq, kütləvi qətllərlə bağlı materialların dərci və təbliği heç də xoşagələn hal deyil.
Nəzərə almaq lazımdır ki, hazırda kiçik yaşlı uşaqlar belə, internetdən istifadə edirlər. Azərbaycanda isə internetdən istifadədə heç bir məhdudiyyət yoxdur. Fikrimcə, informasiyanın filterləşdirilməsi məsələsi qoyulmalıdır.
Həmçinin dünya praktikasında yayımlanan veriliş və filmlərdə istifadə olunan “12+”, “16+”, “18+”dan istifadə edilməlidir.
Eləcə də intiharla bağlı məlumatın gündəlik informasiya proqramlarında verilməsi düzgün deyil. Televiziyaların özlərində psixoloqlar çalışmalıdır. Bu tip informasiyanı hansı saatda, hansı tərtibatda vermək aparıcı  və ya redaktor üçün çətin məsələdir. Amma psixoloqlar bilir ki, sutkanın hansı saatında insanın əsəbləri, intihara meyli hansı səviyyədədir. Bu tədqiqatlar nəticəsində öyrənilmiş məsələdir.
Təəssüf ki, bu gün hər bir evin “atası”, “babası”, “əmisi”, “dayısı” televizya və internetdir. İndi evdə Məmməd baba yox, “internet baba” var”.
“İntiharın səbəbi kasıblıq deyil”
Sabiq deputat sosial problemlərin intihara səbəb kimi göstərilməsini birmənalı şəkildə doğru hesab etmir:
“Ən böyük problem Azərbaycan ailəsinin urbanizasiyanın qurbanına çevrilməsidir. İntihar qeydə alınan zaman səbəblər sırasında “kasıblıqdan oldu”, “problemi çox idi” və s. kimi fikirlər irəli sürülür. Bu fikirlərə adekvat olaraq demək istəyirəm ki, Azərbaycanda 1941-1945-ci illər müharibəsi və ondan sonrakı dövrlərdə insanlar nəinki kasıb idi, onlar almağa çörək belə, tapmırdılar. Amma o dövrlərdə intiharlar olmurdu.
Çünki, istər kənd, istərsə də şəhərlərdə insanlar qruplar şəklində yaşayırdılar. Ailədə ata-anadan başqa nənə, baba, əmi, bibi və s. də var idi. İnsanın dərdini bölüşməyə nə qədər çox həmsöhbəti olursa, o problem onun üçün dramatik şəkil almır. Amma insan dərdini danışacağı kimsəni tapmadıqda, istənilən xırda məqam belə onun üçün faciəvi görünə bilir.
Bu gün insanlar özünə qapanıb, ailələr həddindən artıq kiçilib. İndi qapı qonşunun kimliyini belə, bilməz olmuşuq. Bacı-qardaşın evinə ayda bir dəfə gedirik ya getmirik, telefonda hal-əhval tuturuq ya tutmuruq… Bu, dəhşətdir”.
“Avropa dəyərləri deyə-deyə gənclərimizi məhv edirik”
Onun fikrincə, əslində problemlər bəh-bəhlə təbliğ etdiyimiz Avropa dəyərlərindən qaynaqlanır:
“Biz uzun müddət Avropa dəyərləri deyə-deyə cəmiyyətimizə problem yaradacaq məsələləri gətirdik. Məsələn, cinsi azlıqların evlənməsini, onların Azərbaycan gənclərinin arasında sürətlə inkişaf tapmasını gətirdik. Valideyn-övlad arasındakı uçurumu böyütdük. Qərara aldıq ki, uşaqlarımızın Avropa dəyərlərinə yaxınlaşması üçün onları kiçik yaşlarından Avropaya göndərək. Onlar da vətənə qayıtdıqdan sonra dedilər ki, “Avropada uşaqlar hər şeyi valideyn diqtəsilə icra etmir, hər kəs azaddır..” .
Bu bilirsiniz nəyə oxşayır? Elə bil övladımıza fransız, ingilis dayəsi tuturuq, sonra deyirik “bu uşaq niyə azərbaycanca danışmır, ingiliscə, fransızca danışır?”
Biz uşaqlarımızın əxlaqını, tərbiyəsini Avropaya verdik ki, biz bacarmırıq, alın siz bacarın. Əminəm ki, suriyali uşaqların faciəsinə göz yummağı, Avropanın qəddar insanlar yetişdirdiyi, ümumbəşəri dəyərlərdən xeyli uzaqlaşdığını bir daha göstərdi. Elm dalınca getmək müqəddəs işdir, lakin insanlıq dərsi öyrənmək üçün Avropa doğru ünvan deyil. Məhz buna görə hətta elm dalınca gedən övladlarımızı belə  milli, ümumbəşəri dəyərlərdən uzaqlaşmasına imkan verməməliyik”.
“İntihar “dəb”i
Qəribəsi budur ki, intiharlar sanki tendensiya halında baş verməkdədir. Məsələn, bir nəfər özünü yandırdıqdan sonra böyük çoxluq özünü yandırmağa başladı. Daha sonra “Koroğlu” körpüsü “dəb”ə düşdü. İndi isə ipdən, kəmərdən asmaqla intihar edənlər artmaqdadır…Səbəb nədir? Bəlkə media bu barədə çox “canfəşanlıq” edir?..
G.Əhmədova bildirir ki, bu tendensiya əvvəllər də mövcud olub: “Lev Tolstoyun “Anna Karenina” əsəri çap olunandan sonra qadınlar Rusiyada kütləvi şəkildə özlərini qatarın altına atmağa başladılar. Şedevr əsər olmasına baxmayaraq, Rusiya mətbuatı bu əsərin çox ziyanlı olduğunu vurğulayırdı. Buna kütləvi psixoz deyirlər. İnsan düşünür ki, kimsə problemini bu cür həll edibsə, o da belə etməlidir.
Məsələ burasındadır ki, intihara gedən insanın adi danışığından onu hiss etmək olur. Biz maarifləndirməni gücləndirməliyik. İntihara sürüklənən insana qayğı, diqqəti artırmaqla onu bu yoldan çəkindirmək olar. Çünki, dünyada elə bir insan yoxdur ki, həyatının hansısa məqamında intihar fikri beynində dolaşmasın. Bu o demək deyil ki, həmin insan xəstədir və ya psixoloji problemləri var. Əksinə statistika göstərir ki, intihara əl atan insanların çox az faizi ruhi xəstədir.
Onu da deyim ki, sadaladıqlarımın ekstremal şəraitdə baş verən intiharlara heç bir aidiyyatı yoxdur”.
“Tıxaclar insanların psixoloji travmasıdır”
Sabiq deputat bu gün insanların çox böyük tempdə və yaşlarına görə çox böyük stress altında yaşamalarına da diqqət çəkir: “Adi tıxaclar insanları çilədən çıxarır. Çox az adam olar ki, tıxacda oturub audio kitaba qulaq assın , şeir və ya musiqi dinləsin, yaxud sakit otursun. Rayon maşınlarının şəhərə daxil olmasının məhdudlaşdırılmasını böyük əksəriyyət aqressiya ilə qarşıladı. Amma bu elə insanların özü üçün atılmış çox yaxşı addımlardan biridir. Və ya dərs saatlarının 08.00-a dəyişdirilməsini bəzi valideynlər narazılıqla qarşıladı. Halbuki, bu tədbirlərin nəticəsində insanların psixoloji sağlamlığı üçün müsbət addım atıldı. Çünki, adi hesab edilən tıxaclar insanların çox ciddi psixoloji travmalar almasına səbəb olur.
Ümumiyyətlə bilməliyik ki, istər uşaq olsun istər yaşlı intihara gedən yolun başlanğıcında adlanan bir kabus dayanıb. Bu gün təcili atacağımız addım televiziyalarda, sosial şəbəkələrdə maarifləndirmə işinin aparılması, sosial roliklərin çəkilməsidir. KİV ailələrə müraciətlər ünvanlamalı, övladlarını qorumaq üçün  ata-ananı xəbərdar etməlidir. Unutmayaq ki, intiharı düşünən şəxs bu barədə əvvəlcədən mütləq kiməsə bunu bildirir.
Biz valideyn olaraq bu xəbərdarlıqlara SOS SİQNALLARI kimi diqqət etməliyik. Eyni zamanda valideynlərlə birgə mütəxəssislər də xüsusi söhbətlər aparıb, bu kimi vəziyyətlərdə intihara meylli uşaqlara necə həssas yanaşılmalı olduğunu öyrənməlidirlər”.
Previous Post

Gülər Əhmədova: “Bu, dəhşətdir”

Next Post

Teatral fürsət

Bənzər yazılar

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41

Türkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda marşrut avtobusu yerüstü piyada keçidinə çırpılıb. Elchi.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində...

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas futbolçuları ilə fəxr edir. Elchii.az azxəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi UEFA Çempionlar...

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51

Tehranın irəli sürdüyü yeddi şərt ABŞ tərəfindən icra olunmasa, Vaşinqton İranın etimadını qazana bilməyəcək. Elci.az IRIB-yə istinadən xəbər verir ki,...

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 21:49

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Elchi.az xəbər verir ki, qəza rayonun...

Next Post

Teatral fürsət

Teatral fürsət

Son xəbərlər

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38
Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 21:49
Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 21:47
Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

20 Oktyabr 2026 - 21:39
Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

20 Oktyabr 2026 - 20:06
SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

20 Oktyabr 2026 - 20:00
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

20 Oktyabr 2026 - 19:59
“Qarabağ” və “Neftçi” cərimə edildi

“Qarabağ” və “Neftçi” cərimə edildi

20 Oktyabr 2026 - 19:26
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

20 Oktyabr 2026 - 18:46
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

20 Oktyabr 2026 - 18:34
Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

20 Oktyabr 2026 - 18:21
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

20 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.