Kütləvi yanğın nəticəsində dağılan Lahaina şəhərinin sakinləri Havay adalarının ABŞ-dan ayrılması üçün çağırışlar etməyə başlayıblar. Elchi.az xəbər verir ki, bu barədə “The Guardian” ada arxipelaqının yerli xalqlarının nümayəndələrinə istinadən xəbər verir.
Fəallar hesab edirlər ki, doğma ərazilərindən köçürüləndən sonra onların gələcəyi ABŞ hakimiyyəti ilə bağlı olmamalıdır. Zərər çəkmiş şəhər sakinləri iddia edirlər ki, Amerika şirkətləri və daşınmaz əmlak agentləri fəlakətin dağıdıcı təsirlərindən faydalanmaq istəyirlər.
Onlar qeyd edir ki, yanğından bir neçə gün sonra inşaatçılar sağ qalan yerli insanlara öz ata-baba evlərini satmaq üçün təkliflərlə zəng edirdilər.
Lakin yerli sakinlər hələ də belə bir tədbirin müsbət nəticə verməyəcəyinə əmindirlər.
Qeyd edək ki, avqustun birinci yarısında Lahainada güclü yanğınlar baş verib. Təbii fəlakət nəticəsində Maui adalarında iki mindən çox bina dağılıb. Yerli hakimiyyət orqanları ümumi zərəri və dağılmış infrastrukturun sonrakı bərpasını 5,52 milyard dollar qiymətləndirib.
Havar Şəfiyeva