"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Gözlənilən dollar qərarı verildi: manat “titrəyir”…

18 Dekabr 2015 - 09:09
in İQTİSADİYYAT, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb

Tramp: İranla müharibə çox tezliklə bitəcək

“Moody’s”: Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Gözlənilən dollar qərarı verildi: manat “titrəyir”...Mərkəzi Bankdan müəmmalı mövqe; Vüqar Bayramov: “FES-in qərarı manata təzyiqi artırdı və bu, artıq müşahidə edilir”

ABŞ Federal Rezerv Sisteminin (FRS) dolların baza faiz dərəcəsini 0,25-0,5 faizə qaldırması barədə qərarının dünya ölkələrinin milli valyutalarına və iqtisadiyyatlarına təsiri dünya mətbuatının əsas mövzusuna çevrilib. Xatırladaq  ki, son  9 ildə ABŞ Mərkəzi Bankı ilk dəfə idi ki, uçot dərəcəsinin artırılması haqda qərar verirdi. Düzdür, bu qərarla dünya iqtisadiyyatı hər hansı bir şok yaşamadı. Çünki uçot dərəcələrinin 0,25 -dən 0,5-ə qaldırılması gözlənilən idi və demək olar ki, qlobal iqtisadiyyat buna hazır idi. 
Lakin gün başlar-başlamaz dollar bahalaşdı, avro isə hegemon ABŞ valyutasına nisbətdə dəyər itirdi. Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 17-nə olan rəsmi məzənnələrə görə, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 16-sı ilə müqayisədə 0,04% artaraq 1,0499 manat olub. Avro isə 0,72% ucuzlaşaraq 1,1394 manata düşüb.
 
FES-in qərarının, qlobal valyuta bazarına, ayrı-ayrı dövlətlərin valyutalarına, o cümlədən Azərbaycan manatına da təsirsiz ötüşməyəcəyi son günlər ən çox səslənən proqnozlar sırasında idi. Lakin manatın məzənnəsinin Mərkəzi Bank tərəfindən müəyyən olunması bu prosesin milli valyutamıza birbaşa təsirinin qarşısını aldı. Ancaq qarşıdakı günlərdə manatın məzənnəsində hiss ediləcək ucuzlaşmanın olacağı istisna edilmir. 
 
“Yeni Müsavat”a açıqlamasında  ABŞ Mərkəzi Bankının son qərarının Azərbaycan manatına təsirlərindən danışan iqtisadçı alim Vüqar Bayramov da bildirdi ki, qlobal valyuta bazarı üçün bu qərar gözlənilən idi: “Federal  Rezerv Bankının qərarına dünya valyuta bazarı demək olar ki, hazır idi. İndi avronun kursunda dollara nisbətən cüzi azalmalar müşahidə olunur. Ancaq kəskin azalmalar yoxdur. Bu da onunla bağlıdır ki,  qlobal valyuta bazarı psixoloji və iqtisadi baxımdan FES-in qərarına hazır idi. Ancaq nəzərə alsaq ki, söhbət mərhələli şəkildə uçot faizlərinin artırılmasından gedir, bu  zaman dolların da mərhələli olaraq valyuta bazarında möhkəmlənəcəyi istisna edilmir. FES-in uçot dərəcəsinin artırılması ilə bağlı qərarı prosesin nə başlanğıcı, nə də sonudur.  Amma sözsüz ki, FES-in qərarının dünya iqtisadiyyatına, eləcə də Azərbaycan iqtisadiyyatına təsirləri var.  Manatın məzənnəsinə dolayı təsirləri var. FES-in son qərarı  manatın məzənnəsinə psixoloji baxımdan təzyiq edir”.
Ekspert bildirdi ki, bu qərarın iqtisadi təsirlərinin olacağı da istisna deyil: “Azərbaycan manatının məzənnəsi ikivalyutalı səbət əsasında müəyyənləşdiyi üçün, dolların avroya qarşı möhkəmlənməsi, birbaşa dolların manata qarşı da möhkəmlənməsinə gətirib çıxarır. Manat avroya qarşı güclənsə də, ABŞ dollarına nisbətən dəyər itirir. Yəni dolayısı ilə FES-in qərarı manatın avroya nisbətən möhkəmlənməsinə, manata nisbətən zəifləməsinə gətirib çıxarır. Bu baxımdan FES-in qərarının daha çox neft ölkələrinə təsir edəcəyi gözlənilir. Çünki FES-in qərarından sonra bahalı pul siyasəti nəticəsində dolların dəyərinin artması, strateji məhsullların, o cümlədən neftin qiymətinin azalmasına gətirib çıxaracaq”.
V.Bayramov ABŞ-ın neft ixracına qoyulan qadağanı aradan qaldırması faktına toxunaraq bunun neftin qiymətinə təsir edəcəyini vurğuladı: “Artıq neftin dünya bazarındakı qiymətində də müəyyən azalmalar müşahidə edilməkdədir. Eləcə də ABŞ-da neft ixracatına olan qadağanın aradan qaldırılması da bazarda təklifin artmasına səbəb olacaq. Əslində bazarda təklifin çoxluğu müşahidə olunurdu. Hazırda neftə olan tələbat gündəlik olaraq 94 milyon bareldir, Ancaq bazara çıxarılan neftin həcmi gündəlik 97 milyon bareldir. Yaxın bir il ərzində, yəni 2016-cı ilin sonuna qədər dünyadakı mövcud iqtisadi artım tempini nəzərə alsaq tələbin təkliflə bərabərləşəcəyi gözlənilmir. Əgər təklif artmazsa, hazırkı iqtisadi artım tempi nəzərə alınmaqla bazarda balans formalaşa bilər. Ancaq hələlik təklifin tələbdən çox olması  və buna uyğun olaraq qiymətlərin iqtisadi baxımdan aşağı düşəcəyini göstərir. O baxımdan bir tərəfdən neftin ucuzlaşması fonunda neft ölkələrinə valyuta daxilolmaları azalır. Digər tərəfdən isə bahalı dollar neft ölkələrinin valyutalarına təzyiqi artırır. Bu kontekstdə Azərbaycana da neftin ucuzlaşması fonunda valyuta daxilolmalarının azalacağı gözlənilir”.
Manatın məzənnəsinin bundan sonrakı taleyinə gəlincə, iqtisadçı ekspert Mərkəzi Bankın iki mümkün variantının olduğunu  bildirdi: “Manatın məzənnəsini Mərkəzi Bank inzibati yolla müəyyənləşdirir. Mərkəzi Bank borclanmaya gedərək mövcud siyasəti davam etdirə bilər ki, ölkədə dollarlaşma prosesi başa çatsın, ondan sonra  manatın məzənnəsini azalda bilər. İkinci bir variant isə odur ki, Mərkəzi Bank üzən valyuta rejiminə keçə bilər. Bu da manatın məzənnəsinin azalmasına gətirib çıxara bilər. Manatın məzənnəsi yaxın zamanlarda Mərkəzi Bankın bu iki variantdan hansını seçməsindən asılı olacaq”.
İqtisadçı ekspert Samir Əliyev isə hesab edir ki, FES-nin qərarı manatın devalvasiyası üçün heç bir əsas yaratmır: “Fikirləşirlər ki, manatın devalvasiyası olacaq, ancaq FES qərarının bu tipli təsiri yoxdur, sadəcə, məzənnə dəyişikliyi kimi təsiri var. Bu gün manatın məzənnəsini bazar müəyyən etmir. Əgər manatın məzənnəsini bazar müəyyən etsəydi, yəni üzən məzənnə olsaydı, FES-in qərarından sonra biz görərdik ki, dollar manata münasibətdə təxminən bir faizə qədər dəyişib. Azərbaycanda dolların məzənnəsini Mərkəzi Bank müəyyən etdiyinə görə, FES-in qərarının manata birbaşa təsiri yoxdur”.
 
APA Mərkəzi Bankın ABŞ-ın Federal Ehtiyat Sisteminin qərarı ilə bağlı açıqlamasını yayıb. Daha sonra Mərkəzi Bankın mətbuat xidməti  FES-in qərarı ilə bağlı heç bir açıqlama vermədiyini bəyan edib: “Mərkəzi Bankının mətbuat xidmətinə daxil olmuş sorğularla bağlı bildiririk ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın ABŞ dollarına qarşı məzənnəsinə təsiri ilə bağlı Mərkəzi Bank tərəfindən hər hansı rəsmi açıqlama verilməmişdir. Manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir”.
Qeyd edək ki, öncəki açıqlamada deyilirdi ki, FES-in qərarı bütün dünyaya, o cümlədən Azərbaycana, bizim milli valyutamıza öz təsirini göstərəcək: “Təsirlər barədə detallı danışmaq hələ çox tezdir, bununla bağlı biz müvafiq təhlillərimizi aparırıq. Bilirsiniz ki, manatın məzənnəsi bivalyuta səbətinə uyğun şəkildə tənzimlənir. Buna görə dollar və avro münasibətlərini ciddi şəkildə təhlil edirik”.
Previous Post

Gözlənilən dollar qərarı verildi: manat “titrəyir”…

Next Post

Azərbaycanın iri banklarından biri müflis oldu

Bənzər yazılar

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb

30 Oktyabr 2026 - 18:11

Dövlət sərhədindən buraxılış məntəqələrində gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb. Elchi.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən...

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Tramp: İranla müharibə çox tezliklə bitəcək

30 Oktyabr 2026 - 16:28

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin, onun hansı yolla yekunlaşmasından asılı olmayaraq, yaxın vaxtlarda başa çatacağı barədə fikrini bildirib. Elchi.az...

“Moody’s”: Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

“Moody’s”: Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

30 Oktyabr 2026 - 16:09

Beynəlxalq reytinq agentliyi "Moody’s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. Elchi.az bu...

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12

ABŞ-ın vitse-prezidenti Cey Di Vens məxfi dövlət məlumatlarına çıxış imkanından istifadə edərək UNO və fövqəltəbii hadisələr haqqında materialları öyrənmək niyyətindədir....

Next Post

Azərbaycanın iri banklarından biri müflis oldu

Azərbaycanın iri banklarından biri müflis oldu

Son xəbərlər

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13
“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11
“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29
G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

30 Oktyabr 2026 - 20:26
Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

30 Oktyabr 2026 - 20:24
Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

30 Oktyabr 2026 - 20:22
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

30 Oktyabr 2026 - 19:28
İspaniya millisi Bakıda dünya çempionu oldu

İspaniya millisi Bakıda dünya çempionu oldu

30 Oktyabr 2026 - 19:20
“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

30 Oktyabr 2026 - 19:11
Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

30 Oktyabr 2026 - 18:59
Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

30 Oktyabr 2026 - 18:45
Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

30 Oktyabr 2026 - 18:38
Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

30 Oktyabr 2026 - 18:26
Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

30 Oktyabr 2026 - 18:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.