Yapon dənizinin Primorski vilayəti sahillərində Rusiyaya məxsus “Vostok” balıqçı gəmisi (“Şərq”) itkin düşüb.
Elchi.az report-a istinadən xəbər verir ki, gəminin göyərtəsində Rusiya, Azərbaycan, Ukrayna və Moldova vətəndaşlarından ibarət 21 heyət üzvü olub.
Gəminin axtarışlarına “Be-200” layneri, “Mi-8” vertolyotu, Sahil Mühafizə Xidmətinin sərhəd gözətçi gəmisi, ardınca isə xilasedici yedək gəmi cəlb olunub.
Axtarışlar, hələ ki, bir nəticə verməyib.
Gəmi ilə qəza siqnalından sonra əlaqə itib.