Moskva Rusiya və Fransa prezidentləri Vladimir Putin və Fransua Olland arasında guya İrəvanda nəzərdə tutulan görüşü barədə açıqlama verib.
ANS PRESS-in məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, bu il aprelin 24-də “erməni soyqırımı”nın 100 illiyi tədbirləri çərçivəsində iki ölkə prezidentinin görüşəcəyi barədə dəqiq məlumat yoxdur.
O deyib: “Anladığımız qədər Putinin və Ollandın görüşü gözlənilə bilər. Ancaq, bu, İrəvanda baş tutmaya da bilər. Onların orada olub-olmamsı nəzərdən keçirilir və nəsə demək çətindir. Bununla bağlı proqram hazırlamaq, nəsə planlaşdırmaq doğru olmaz”.
Xatırladaq ki, D.Peskov doqquz gün əvvəl V.Putinin İrəvana səfər edib-etməyəcəyinin dəqiq bilinmədiyini söyləmişdi: “Rusiya rəhbəri aprelin 24-də İrəvanda qondarma erməni soyqırımı tədbirlərinə qatılması məsələsi hazırda nəzərdən keçirilir. Həmin gün Türkiyədə Çanaqqala zəfərinin ildönümünə həsr olunacaq tədbir keçiriləcək və Rusiya burada yüksək səviyyədə təmsil olunacaq”.