Goranboyda evə girən oğrular ər və arvadı döyüb.
Elchi.az xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində yerləşən fərdi evlərin birində baş verib.
Xəsarət alan 1951-ci il təvəllüdlü Səməd Həmid oğlu Verdiyev və onun həyat yoldaşı, 1952-ci il təvəllüdlü Sədaqət Ədil qızı Verdiyeva xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyəti kafi qiymətləndirilir.
Zərərçəkmişlərin bildirdiyinə görə, onlar evlərinə daxil olan oğrular tərəfindən döyülüblər. Daha sonra naməlum şəxslər ev sahiblərinə məxsus pul və qızıl-zinət əşyalarını oğurlayıblar.
Faktla bağlı araşdırma aparılır.
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
16 sentyabr saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş...





















Son şərhlər