Texnologiya nəhəngi olan “Google” şirkəti 12 min adamın işdən çıxarılacağını açıqlayıb. Bundan əvvəl “Amazon”, “Microsoft” və “Meta” (“Facebook”) şirkəti də işçilərinin sayında ixtisarları elan etmişdi.
Elchi.az xarici mediaya istinadən bildirir ki, şirkətin baş direktoru Sundar Piçai 12 min işçini ixtisar edəcəklərini bildirib.
İşçilərə ünvanladığı məktubda Piçai onu bu qərarı verməyə məcbur edən şəraitə görə məsuliyyət daşıdığını bildirib.
İnsan resursları firmasının məlumatına görə, ABŞ texnologiya şirkətləri 2022-ci ildə 97 171 iş yerini ixtisar edib. Bu rəqəm əvvəlki illə müqayisədə 649 faiz artım deməkdir.
Yeganə